"Baykar" tərəfindən milli və bənzərsiz olaraq inkişaf etdirilən silahlı pilotsuz uçuş aparatı "Bayraktar TB3"ün sınaq prosesi davam edir.
Bizimyol.info xəbər verir ki, Milli PUA-nın 3-cü uçuş sınağı Tekirdağın Çorlu rayonundakı "AKINCI" Uçuş Tədris və Sınaq Mərkəzində keçirilib.
Milli PUA "Bayraktar TB3", Mərmərə bölgəsinə təsir edən və sürəti 130 km/saata çatan güclü cənub-qərb küləyinin yaratdığı çətin hava şəraitinə baxmayaraq, 5 saatlıq sınaq uçuşunu uğurla başa vurub. TEI-nin yerli istehsal etdiyi "PD-170" mühərriki ilə uçan "Bayraktar TB3", fırtına şəraitində yüksək və aşağı sürətlə həyata keçirilən sistem identifikasiya testlərinin müvəffəqiyyətlə tamamlanmasının ardından sınaq uçuşunu başa vurub.
"Bayraktar TB3" SİHA Cümhuriyyətin 100-cü ildönümünü qeyd etmək üçün 3 böyük şəhərdə keçirilən "TEKNOFEST" çərçivəsində 27 aprel - 1 may tarixləri arasında Atatürk Hava Limanında "TEKNOFEST" İstanbulda ilk dəfə ictimaiyyətə nümayiş olundu. Daha sonra Ankara və İzmirdə keçirilən "TEKNOFEST"lərdə də iştirak edib.
Qanadları qatlana bilən konstruksiya ilə dizayn edilən "Bayraktar TB3" PUA və Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar KIZILELMA" əvvəllər dünyanın ilk PUA gəmisi adlandırılan "TCG Anadolu"nun uçuş göyərtəsində İstanbul və İzmirdə nümayiş etdirilib. Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən mərasimlərdə yüz minlərlə vətəndaş "TCG Anadolu"nun uçuş göyərtəsində yer alan "Bayraktar TB3" və "KIZILELMA"nı ziyarət edib.
"Bayraktar TB3" PUA, qatlana bilən qanad quruluşu ilə "TCG Anadolu" kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq. "Baykar" İdarə Heyətinin sədri və Texnologiya Lideri Selçuk Bayraktar "TCG Anadolu" gəmisində "Bayraktar TB3" üçün sınaqlara 2024-cü ildə başlamağı planlaşdırdıqlarını açıqladı. "Bayraktar TB3"ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq. Milli PUA, həmçinin, uzaq məsafələrdən idarə oluna bildiyi üçün görmə qabiliyyətindən kənar əlaqə imkanlarına sahib olacaq. Beləliklə, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.
Əvvəldən bütün layihələrini öz qaynaqları ilə həyata keçirən "Baykar", 2003-cü ildə PUA "Ar-Ge" prosesinin başlamasından bu yana bütün gəlirlərinin 83%-ni ixracdan əldə edib. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2021 və 2022-ci illərdəki məlumatlarına görə, müdafiə və aerokosmik sənayenin ixracat lideri olub. 2022-ci ildə imzalanan müqavilələrdə ixracat nisbəti 99,3% olan "Baykar" 1,2 milyard dollarlıq ixracat əldə edib.
İndiyədək 33 ölkə, "Bayraktar TB2" PUA üçün 32 ölkə, "Bayraktar AKINCI" PÜQ üçün isə 8 ölkə ilə ixrac müqaviləsi imzalanıb.
Qadir, Bizimyol.info