Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsrail-Fələstin məsələsində Türkiyənin və Qətərin aktiv vasitəçiliyi İranın bölgədəki təsirini azalda bilər"
"İsrail-Fələstin məsələsində Türkiyənin və Qətərin aktiv vasitəçiliyi İranın bölgədəki təsirini azalda bilər"

Etiraf etməliyik ki, Həmasın İsraildə müharibə elanından sonra bölgədə vəziyyət gərginləşmədə davam edir. Minlərlə insan bu müharibənin qurbanına çevrilir. Uşaqlar öldürülür, hər iki tərəfdən mülki vətəndaşlar əsir götürülür, öldürülür. Bu proseslərin qarşısında Qərb susqunluq nümayiş etdirsə də, Türkiyə vasitəçilik proseslərində aktiv iştirak edir. Dövlət başçısı Rəcəb Tayib Ərdoğanın keçirdiyi görüşlər və apardığı danışıqlar məhz bu müharibənin dayandırılmasına hesablanıb.

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə israilli əsrlərin buraxılması, xüsusən də mülki əhalini buraxılması ilə bağlı proseslərdə öz vasitəçilik rolunu qoruyur.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

“Belə bir ehtimal qarşımıza çıxır ki, Türkiyə “Həmas”-la müzakirələr aparır. Görünən odur ki, müzakirələrin nəticəsində İsraildə mülki şəxsləri və yaxud başqa ölkələrin bu proseslərdə əsir alınan vətəndaşlarını azadetmə prosesində fəal rol oynaya bilər. Bu da əslində Türkiyənin bu mövqeyini Qərb ölkələrində, elə İsrailin özündə də münasibətləri yumşadacaq bir məsələ olaraq, qarşımıza çıxa bilər”-deyə Nazim Cəfərsoy əlavə edib. Onun sözlərinə görə, bu məsələni də bir ehtimal kimi nəzərə almaqda fayda var.

Nazim Cəfərsoyun fikrincə, Türkiyənin Qəzzadakı proseslərdə mövcud mövqeyi gücləndikcə, İsrailin “Həmas”la, Fələstinlə, Qəzza ilə bağlı verdiyi mesajlar əslində məsələnin başqa bir tərəfini də ortaya çıxarır. Bu eyni zamanda Fələstində ərəb ölkələrinin təsirsizliyini, ərəb ölkələrinin prosesdəki mülayim mövqeyini də, əslində sığortalayan və ya onun yerinə keçən bir məqamı ifadə edir. Həm də İranın bölgədə fəallığının qabağını alan bir proses olaraq da görülə bilər.

“Çünki bu proseslərdə İsrailin bölgədəki hərəkətlərinə ya İran cavab verməli idi, ya da İran bundan faydalanıb, bölgədə təşəbbüsü ələ almalı idi. Daha güclü bir mövqeyni ortaya qoya bilərdi. Beləliklə, İranın burada “Həmas” üzərindən ciddi bir nüfuz qazanması və ya təsir imkanlarını artırması gündəmə gələ bilərdi. Bu proseslərdə Türkiyənin aktiv rolu, eyni zamanda Türkiyə ilə yaxın münasibətlərdə olan Qətərin bu proseslərdəki fəallığı, vasitəçiliyi və cəhdləri, əslində başqa bir məsələni ortaya gətirir ki, bu da İranın bölgədə “Həmas” üzərindən təsir imkanlarının zəifləməsidir”-deyə Nazim Cəfərsoy izah edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »