Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda terror qurbanlarının sayı 85-ə çatdı
Pakistanın Paraçinar şəhərindəki bazarda ötən gün baş vermiş partlayışlarda ölənlərin sayı 85 nəfərə çatıb.

"Qaynarinfo" xəbər verir ki, son 24 saatda Pakistanda üç terror aktı həyata keçiririlib.

Qeyd edək ki, Paraçinar şəhərində törədilən partlayışlar nəticəsində 67 nəfər dünyasını dəyişib.

Həmin gün Belucistanın Kvetta şəhərində avtomobilin partladılması nəticəsində 14 nəfər dünyasını dəyişib.

Karaçi şəhərində isə silahlı insident nəticəsində 4 əsayiş keşikçisi ölüb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Son xəbərlər
Bütün xəbərlər »