Müğənni Alla Puqaçova noyabrın 2-də Moskvaya gəlib, onun Rusiyada nə qədər qalacağı məlum deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına onun köməkçisi Yelena Çuprakova məlumat verib.
"O dünən gəlib", - deyə məlumat verən şəxs suala qısa cavab verib. Məşhur müğənninin Moskvada nə qədər vaxt keçirməyi planlaşdırdığı ilə bağlı sualı cavablandıran köməkçi: “Hələ ki, bu, məlum deyil. Onun hansı iş üçün gəldiyini barədə də heç bir məlumatım yoxdur", - deyə o əlavə edib.
Bundan əvvəl "Baza Telegram" kanalı Puqaçovanın Rusiyaya tək qayıtdığını, əri Maksim Qalkinin onunla birgə olmadığını bildirib.
Qeyd edək ki, sonuncu dəfə - 2023-cü ilin mayında Puqaçova modelyer Valentin Yudaşkinlə vidalaşmaq üçün Moskvada olub.
2022-ci ilin yazında sənətçi Rusiyanın Ukaraynada başlatdığı müharibəyə etiraz edərək ailəsi ilə birlikdə ölkəni tərk edərək İsrailə köçüb. Onun həyat yoldaşı Maksim Qalkin də Rusiyanın işğal siyasətinə kəskin etrazını bildirmişdi. Bundan sonra o, həbs olunacağını bildirərək Rusiyanı tərk edib.
Qadir, Bizimyol.info