Dünya nəhənglərindən olan “Apple” Böyük Britaniyada böyük bir məhkəmə işi ilə üzləşib. İddia olunur ki, şirkət bəzi modellərdə nasaz batareyalardan bilərəkdən istifadə edir. Apple iddianı rədd etsə də, 2 milyard dollar təzminat tələbi ilə məhkəməyə veriləcək.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ mərkəzli texnologiya nəhəngi “Apple” zaman zaman böyük iddialarla gündəmə gəlir. İndi bunlara yeni bir iddia da əlavə olunub.
İddialara görə, şirkət İngiltərədəki bəzi modellərində bilərəkdən nasaz batareyalardan istifadə edib və bu, 24 milyon istifadəçinin büdcəsinə mənfi təsir göstərib. “Apple” sözügedən işin ləğvini tələb dib, lakin İngiltərə səlahiyyətliləri bu tələbi rədd edərək “Apple”ı mühakimə etməyə qərar verib.
Bazara çıxarılan elektron məhsullardakı batareyalar istifadəyə görə səmərəliliyini itirir. Bu, artıq bildiyimiz bir şeydir. “Apple”ın buna görə mühakimə olunmasının əsas səbəbi bir az fərqlidir. İngiltərədə açılan iddiada, “Apple”ın nasaz batareyalardan istifadə etdiyini bildiyi, lakin problemləri aradan qaldırmaq əvəzinə şirkət performansı məhdudlaşdıran vasitələrdən istifadə etdiyi və cihazları proqram yeniləmələrini tələb etməyə məcbur etdiyi iddia edilir.
Davanın ölçüsü 2 milyard dollardır!
İngilis istehlakçı nümayəndəsi Castin Qutman məhkəməyə verdiyi ərizədə Birləşmiş Krallıqdakı 24 milyon "iPhone" istifadəçisi adına təzminat iddiası qaldırır və “Apple”dan 2 milyard dollara yaxın zərərin faizi ilə birlikdə ödəməsini istəyir. Qutmanın vəkilləri iddia edirlər ki, “Apple” telefonları proqram yeniləmələri ilə doldurmaqla və performansı azaldan güc idarəetmə alətləri quraşdırmaqla müəyyən modellərin batareyalarında qüsurların qarşısını alıb.
“Apple” bu iddiaların əsassız olduğunu iddia edərkən, yalnız bəzi "iPhone 6s" modellərinin batareyalarının nasaz olduğunu və bu batareyaların pulsuz dəyişdirildiyini iddia edərək, işin ləğvini istəyib. Lakin bu cəhdlər boşa çıxıb.
Şirkətin məhkəmədən iddianı geri qaytarma səyləri heç bir nəticə verməyib. İngiltərə Rəqabət Təşkilatı adlandırıla bilən Rəqabət Apellyasiya Məhkəməsi yazılı açıqlama verərək Qutmanın iddiasına baxılacağını açıqlayıb. Digər tərəfdən, CAT (Computer-Assisted Translation) də işdə "aydınlıq və diqqət çatışmazlığı" olduğunu bildirib. Qutman bu işin istehlak ədaləti üçün vacib olduğunu söyləyib.
Açıqlamasında “Apple” məhsulunun ömrünü qısaldan və ya istifadəçiləri daha yüksək bir modelə yüksəltməyə məcbur edən heç bir şeyi qəsdən etmədiklərini və etməyəcəklərini söyləyib.
Gözləyək-örək, London məhkəməsinin nəticəsi necə olacaq və iddiaçılar qalib gəlsə, AB-dən də analoji addım gələ bilər.
Qadir, Bizimyol.info