Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu Ramallahda əməliyyat keçirib
İsrail ordusu Ramallahda əməliyyat keçirib

"İsrail hərbçiləri Fələstinin inzibati mərkəzi olan İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində reyd keçirir".

Bizimyol.info xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

İsrail ordusunun əsgərləri Ramallahın mərkəzində bəzi fələstinlilərin saxlanılması məqsədi ilə əməliyyat keçirir. Ərazidən atışma səsləri eşidilib. Kanalın yayımladığı kadrlarda bir qrup İsrail əsgərinin evlərdən birinin yaxınlığında döyüş vəziyyətində mövqe tutduqlarını görmək olar.

Qeyd olunur ki, İsrail reydləri adətən gecələr keçirilir, lakin bu dəfə əməliyyat gündüzlər keçirilir ki, bu da toqquşma ehtimalını artırır.

"Al Hadath"ın məlumatına görə, gecə saatlarında da İsrail əsgərləri Fələstinin şəhərlərində, o cümlədən Ramallahda bir sıra reydlər həyata keçirib. Kanal bildirir ki, İsrail hərbçiləri ilə fələstinlilər arasında silahlı toqquşmalar baş verib, lakin itkilər barədə məlumat verilməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »