Sibirdən Krıma qədər geniş bir coğrafiyada yaşayan Türk boylarının 1912-1913-cü illərdə çəkilmiş fotoşəkillərindən ibarət albom Prezident Dövlət Arxivində diqqətlə qorunur.
Bizimyol.info xəbər verir ki, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısının keçiriləcəyi barədə Türkiyə mətbuatı məlumat verib.
Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təşkilata üzv, Türkmənistan, Macarıstan və ŞKTC isə müşahidəçi üzv kimi iştirak edəcək.
Üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək sammitdə iqtisadiyyatdan siyasətə, mədəniyyətdən turizmə, təhsildən idmana qədər müxtəlif sahələrdə əməkdaşlığın artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Sammitdə Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.
Türk Dövlətləri Təşkilatının liderlər zirvəsinə az qalmış Türk inteqrasiyasının çətir təşkilatı Dövlət Arxivləri Başçılığı tərəfindən türk dünyasındakı həyatdan bəhs edən albom işıq üzü görüb.
Cumhurbaşkanlığı tərəfindən diqqətlə qorunan albom Sibirdən Krıma qədər geniş bir coğrafiyada yaşayan müxtəlif türk boylarının gündəlik həyatlarını ortaya qoyur. 1912-1913-cü illərdə çəkilmiş fotoşəkillərdən ibarət albomun keçmiş SSRİ dövründə Türkiyə Respublikasına hədiyyə edildiyi öyrənilib.
Alboma Sibirdən Krıma qədər olan geniş coğrafiyada yaşayan Sayan-Altaylar, Karakaslar, Tuvanlar, Altaylar, Yakutlar, Qazaxlar, Qarakirtlər, Özbəklər, Türkmənlər, Azərbaycan Tatarları, Qaraçaylar, Kumıklar, Krım Tatarları, Başqırdlar, Çuvaşlar, Kazan tatarları kimi türklər barədə məlumatlar və fotoşəkilləri daxil edilib. Dövrün tayfalarının sosial-mədəni quruluşu, inancları, təsərrüfat fəaliyyətləri və gündəlik həyatlarını əks etdirən kadrlar var.
Qadir, Bizimyol.info