"WhatsApp"ın son Android beta versiyasında mühüm yenilik aşkar edilib. “Alternativ Profil” adlı yeni funksiya istifadəçilərə ikinci ad və profil şəklini təyin etməyə imkan verəcək.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlmata görə, dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp"da yeni funksiya işə salınacaq.
Tətbiqin 2.23.24.4 kodlu Android beta versiyasında aşkar edilən, hazırlanmaqda olan yeni funksiya istifadəçilərə “alternativ profil” yaratmağa imkan verəcək. Bəs bu xüsusiyyət tam olaraq nə kimi faydalı olacaq?
"WhatsApp"ı bilirsiniz; Adınızı və profil şəklinizi hamıya və ya seçdiyiniz konkret şəxslərə göstərə bilərsiniz. İstəməyən istifadəçilər bu məlumatı heç kimə göstərməyə bilərlər. Məhz burada alternativ profil funksiyası işə düşəcək. İstifadəçi əsas profil adı və şəklindən başqa yeni ad və şəkil istifadə edə biləcək. Kataloqda qeydiyyatdan keçməyən və məlumatları görə bilməyən istifadəçilər yaradılmış alternativ profil məlumatını görəcəklər.
Alternativ profil yaratmaq istəyən istifadəçi “WhatsApp”ın parametrlər bölməsinə daxil olur və oradan sanki adi profil təyin edirmiş kimi alternativ profil yaradır. Yaradılan alternativ profil həmin andan etibarən kənar şəxslərə göstərilməyə başlayacaq.
"WhatsApp" inkişaf mərhələsində olan yeni funksiyası ilə bağlı heç bir açıqlama verməyib. Təbii ki, funksiyanın nə vaxt istifadəyə veriləcəyi ilə bağlı mətbuat heç bir məlumat əldə edə bilməyib. Şirkətdən funksiyanın hələ inkişaf mərhələsində olması və bir müddət daha gözləməli olacağımız bidirirlər.
Qadir, Bizimyol.info