Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Technest” Təqaüd Proqramı yeni qeydiyyat dalğasını elan edir
“Technest” Təqaüd Proqramı yeni qeydiyyat dalğasını elan edir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) həyata keçirdiyi “Technest” Təqaüd Proqramı ölkə üzrə 3-cü qeydiyyat dalğası elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır.

Bizimyol.info xəbər verir ki, bu barədə İRİA-dan məlumat verilib.

Proqram çərçivəsində Bakı və bir sıra regionlar da daxil olmaqla, ölkə üzrə 1800 nəfərə təqaüd verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Technest” Təqaüd Proqramına 18 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müraciət edə bilər.

“Technest”ə onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.

Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumatı bu linkə daxil olaraq əldə etmək olar.

Son qeydiyyat tarixi 30 noyabr 2023-cü ildir.

Xatırladaq ki “Technest” Təqaüd Proqramı İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. “Technest” 2021-ci ildə 618, 2022-ci ildə 1500-dən artıq insanı İKT təhsili üzrə təqaüdlə təmin edib. 2023-cü ildə təlimə qoşulan tələbə sayı 2120-dir. Bununla yanaşı proqram çərçivəsində 26 region üzrə 737 nəfərə təqaüd verilib. Məktəbliləri çıxmaqla “Technest” məzunların məşğulluq səviyyəsi hazırda 90%-dən yuxarıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »