Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Twitter"dən inciyənlər "Meta"da sevinclidir
"Twitter"dən inciyənlər "Meta"da sevinclidir

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq “Threads” sosial media platformasının aylıq aktiv istifadəçi sayını açıqlayıb. Beləliklə, bu platformaya "Twitterdən" inciyənlərin toplaşdığı məkan olub.

Bizimyol.info xəbər verir ki, "Meta" altında ən yeni sosial media platforması “Threads” üç ay əvvəl istifadəçilərə açılıb.

Platformanın ilkin versiyası çox zəif olsa da, “Threads” veb tətbiqi, yazı axtarışı funksiyası və ödəniş etmədən mesajları redaktə etmək imkanı kimi sonrakı əlavələrlə onu daha cəlbedici edib.

Bu vəziyyət rəqib "X" mikrobloq platformasının aylıq istifadəçi saylarında özünü büruzə verir. İnvestor yığıncağında çıxış edən "Meta"nın baş direktoru Mark Zukerberq platformanın aylıq aktiv istifadəçilərinin sayını açıqlayıb. Onun dediyinə görə “Threads” 100 milyon istifadəçiyə çatmağa çox yaxındır.

Zukerberq 1 milyard istifadəçini hədəfləyir

"Başladığımızdan üç ay keçdi və mən bu istiqamətdən məmnunam", - deyən Zukerberq əlavə etdi: "Biz cəmiyyətin daha da böyüməsinə diqqət yetirəcəyimiz nöqtəyə çatırıq. İnsanların indiyə qədər (platformanı) sevdiyini deyə bilərik", - deyib.

Əvvəlki açıqlamalarında da Zukerberqin “Threads” mövzusunda iddialı olduğunu görmüşdük.

"Meta", daha əvvəl “Threads”in təqdimat tədbirlərində dedikləri kimi, əvvəllər "Twitter" olaraq bildiyimiz "X" ilə rəqabət aparmaq üçün ciddi imkanları olduğuna inanır. İlon Maskın "X"i “super proqram” etmək istəyərkən mübahisəli hərəkətləri "Meta"nı həvəsləndirib.

Son olaraq, Zukerberq açıqlamalarında "bir milyard insan üçün bir az daha müsbət açıq söhbət tətbiqi" vizyonuna sahib olduqlarını ifadə edərək, bir neçə il daha oxşar şəkildə işləməyə davam etsələr, buna nail ola biləcəklərini söyləyib. Onu da xatırladaq ki, “Threads” hazırda Avropada istifadə edilə bilməz və yeni Aİ qanunlarından sonra platforma bu regionda hələ aktivləşdirilməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »