Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ana şəhid olan oğlunun nəşini gətirən əsgərin əlini öpdü, ağladı - VİDEO
624043
Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı zamanı şəhid olan çavuş Yunus Emre Doğan doğulub böyüdüyü Kilis şəhərinin Polateli qəsəbəsində təşkil olunan cənazə mərasimi ilə son mənzilə yola salınıb. Mərasimdə Ədliyyə naziri Abdulhamit Gül də qatılıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 4 qardaşı olan Yunus Emre subay idi. O, hərbi xidmətdən qayıtdıqdan sonra ailə qurmağı planlaşdırırdı.

Türkiyə Ordu qərargahından verilən məlumata görə, o, Afrinin Bülbül kəndində terrorçuların hücumu nəticəsində həlak olub. Onun şəhid olduğu Bülbül kəndi ilə yaşadığı evin arasında cəmi 35 kilometr məsafə var.

Terrorçuların hücumu nəticəsində şəhid olan digər hərbi qulluqçu isə gizir Ömer Bilal Akpınardır. O, evli olub.

Şəhidin anası onun nəşini gətirən əsgərin əlini öpərək ağlayıb.

"Mənim balamı sən gətirdin? Bu əllərinlə gətirdin? (əlini öpür) Allah səni anana atana bağışlasın"

Paylaş »
››› Nərminin qətlində təqsirləndirilən İlkin: “Mən eləməmişəm, döyürdülər, “tok”a verirdilər”
››› Suriyada müharibə qızışdı: 40 ölü, 80 yaralı - Türkiyədən Rusiyaya "dur" tələbi
››› Nərminin əmisi İlkin Süleymanovun atasına cavab verib
››› Arvadının rəfiqəsi ilə paylaşdığı sirri öyrənən ər dərhal boşandı
››› Kişilərin çox gözəl saydığı 15 qız - Fotolar

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »