Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fırıldaqçılar “X”də (keçmiş Twitter) tanınmış brendlərin adından “mavi işarə” əldə edir
Fırıldaqçılar “X”də (keçmiş Twitter) tanınmış brendlərin adından “mavi işarə” əldə edir

Elon Musk Twitter-i əldə etdikdən sonra platformada bir sıra dəyişikliklər edilib. Onlardan biri sosial şəbəkə hesabının yoxlanılması sistemi, yəni “mavi işarə” ilə bağlıdır. “Kaspersky” mütəxəssisləri hansı dəyişikliklərin baş veridiyini və mavi işarəyə niyə tənqidi yanaşmalı olduğumuz haqqında danışır.

Bir çox istifadəçilər, adətdən mavi işarəyə malik hesabları təsdiqlənmiş və rəsmi hesab etməyə davam edirlər. Ancaq əvvəlkindən fərqli olaraq indi hər kəs onu əldə edə bilər. Fırıldaqçılar da bundan istifadə edirlər. Məsələn, onların qurbanları sosial şəbəkədə müxtəlif böyük şirkətlərin - otel rezervasiya sistemlərinin, aviadaşıyıcıların, bankların və s. keyfiyyətsiz xidmətlərindən şikayət edən insanlardır. Əvvəllər bu cür şikayətlərə rəsmi, təsdiqlənmiş hesablar cavab verirdi. İndi isə “rəsmi” profillər vasitəsilə fırıldaqçılar narazı istifadəçilərə cavab vermək imkanı əldə edirlər. Fırıldaqçılar pulun geri qaytarılacağını vəd edir və bu bəhanə ilə qurbanların maliyyə məlumatlarını ələ keçirirlər. Çox vaxt onlar istifadəçidən telefon nömrəsini söyləməsini istəyir və beləliklə də söhbəti messencer və/və ya səsli zənglərə keçirirlər.

İndi “X”də (keçmiş Twitter) hansı işarələr və nişanlar mövcuddur?

  • Mavi işarə - demək olar ki, heç bir xüsusi önəm daşımır: indi bu işarə onun sahibinə 100% etibar edilə biləcəyinə zəmanət vermir.
  • Qızılı işarə – kommersiya təşkilatlarının rəsmi hesabları: şirkət hesabları artıq qızılı işarə ilə işarələnib. Həmçinin, onların profil şəkli kvadrat formaya malikdir (adi hesablar üçün istifadəçi şəkli hələ də yuvarlaqdır).
  • Boz işarə – dövlət təşkilatlarının və vəzifəli şəxslərin rəsmi hesabları.
  • Loqo işarəsi – şirkətlərlə əlaqəli hesablar. Profil adının yanındakı işarə ilə yanaşı bu hesabın aid olduğu təşkilatın simvolu da görünə bilər.

“X”də (keçmiş Twitter) fırıldaqçılardan necə qorumaq olar?

“Kaspersky” mütəxəssisləri aşağıdakı tədbirləri görməyi tövsiyə edirlər:

  • Mavi işarələri olan hesablara qaşı diqqətli olun.İndi fırıldaqçılar da daxil olmaqla, hər kəs onu ala bilər.
  • Qızıl və boz işarələri olan profillər daha etibarlıdır - bu nişanları əldə etmək daha baha başa gəlir və çox güman ki, hərtərəfli yoxlamadan keçir.Amma onlara da şübhə ilə yanaşmaq daha yaxşı olar.
  • “X”də (keçmiş Twitter) müəyyən bir şirkətin “işçilərinə” heç bir maliyyə məlumatı ötürməməlisiniz - onların fırıldaqçı olma ehtimalı var və siz onlarla ünsiyyətə davam etməməlisiniz.
Son xəbərlər
Bütün xəbərlər »