Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail tankları Qəzza zolağına daxil olub
İsrail tankları Qəzza zolağına daxil olub

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına tanklardan istifadə edərək reyd keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İMQ-in "Telegram" kanalında məlumat verilib.

Bildirilir ki, reyd “döyüş əməliyyatlarının növbəti mərhələləri”, yəni quru əməliyyatına hazırlıq məqsədilə həyata keçirilib. Əməliyyat Givati ​​briqadası tərəfindən təşkil edilib.

“Əməliyyat zamanı əsgərlər çoxsaylı terrorçuların, terrorçuların infrastrukturunun və tank əleyhinə raket buraxılış sistemlərinin yerini müəyyənləşdirib və onlara hücum edib, döyüş meydanını hazırlayıblar. Aksiya bitdikdən sonra əsgərlər ərazini tərk ediblər”, - deyə İMQ-i bildirib.

Bundan əvvəl İsrail Ordusu Radiosu İMQ-nin Qəzza zolağında əməliyyat keçirməsi barədə məlumat verib və bunu İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ən böyük hücum adlandırıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə hücum etdikdən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Hərəkatın qüvvələri İsrail ərazisinə bir neçə min raket ataraq Əl-Əqsa tufanı əməliyyatının başladığını elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlandırılıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi olduğu qeyd edilib. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmağa qərar verib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant söz vermişdi ki, Qəzza zolağına “görünməmiş cavab” ən azı 50 il ərzində yadda qalacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »