Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
British Council Azərbaycanda fəaliyyətinin 30-cu ildönümünü qeyd edir - Video
British Council Azərbaycanda fəaliyyətinin 30-cu ildönümünü qeyd edir - Video

British Council 2023-cü ilin oktyabrında Azərbaycanda fəaliyyətinin 30-cu ildönümünü qeyd edir. British Council 1993-cü ildən imkanlar və Birləşmiş Krallıqla əlaqələr yaradaraq Azərbaycanda fəaliyyət göstərir. British Council təsis edildiyi gündən incəsənət, təhsil və ingilis dili sahəsində çalışaraq Azərbaycan və Birləşmiş Krallıq sakinləri arasında bilik mübadiləsi, anlaşma və inamın təşviq edilməsinə töhfə verir.

Birləşmiş Krallığın mədəni əlaqələr sahəsində çalışan beynəlxalq təşkilatı British Council Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld OBE, elm və təhsil nazirinin müavini Həsən Həsənli, British Council-ın Geniş Avropa regionu üzrə direktoru Coan BörkBritish Council-ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva, o cümlədən başqa tərəfdaşlar və maraqlı tərəflərin iştirak etdiyi təntənəli tədbirdə Azərbaycandakı fəaliyyətinin 30-cü ildönümünü qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld OBE tədbirdəki çıxışında Birləşmiş Krallıqla Azərbaycan arasında təhsil və mədəniyyət mübadiləsinin biznes və diplomatiya sahəsində uğurlu şərtlərin yaradılması üçün dəyərinə olan inamını və British Council-ın 30 il ərzində iki ölkə arasında inam və anlaşmanın inkişaf etdirilməsində oynadığı vacib rolu vurğulayıb: "British Council 30 ildir imkanlar yaradır, Azərbaycan və Birləşmiş Krallıqda insanları bir araya gətirir. British Council-ın ingilis dili, incəsənət və təhsil sahəsində fəaliyyəti gənc və yaşlı nəslə ilham verməyə davam edir, yeni tərəfdaşlıqlar, qarşılıqlı inam və anlaşmanın qurulmasına töhfə verir."

British Council-ın Geniş Avropa regionu üzrə direktoru Coan Börk nitqində yerli və beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilən proqramların uğurunu vurğulayıb: "Bu proqramlar bizə Birləşmiş Krallıqda qazandığımız təcrübəni daha geniş auditoriya ilə paylaşmaq imkanı verərək özünüifadə və əməkdaşlıq üçün platformalar yaradıb. İldönümümüz Azərbaycanda qurduğumuz güclü əlaqələri yad etmək və son 30 il ərzində fəaliyyətimizə təsir etmiş möhtəşəm insanlar və proqramlar haqqında danışmaq üçün əla səbəbdir. Keçən 30 il ərzində davam etmiş uğurlu tərəfdaşlıqlara görə minnətdarlığımızı ifadə edir və əməkdaşlıq imkanlarının növbəti 30 ildə davam etməsini gözləyirik."

British Council-ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva qeyd edib: "British Council yüksək keyfiyyətli və inklüziv ingilis dili tədrisi, təlimi və qiymətləndirmələri təmin etməklə, habelə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq etməklə Azərbaycanın dəstəklənməsində vacib rol oynayır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi British Council-ın uzunmüddətli tərəfdaşıdır və biz uzun illər Azərbaycanın ingilis dili və təhsil sektorunda müsbət dəyişikliklərə töhfə vermişik. Bu tədbirdən bilavasitə öncə ingilis dili və təhsil sahəsində ingilis dili müəllimlərinin inkişafına istiqamətlənmiş əməkdaşlığımızın davam etməsi üçün iki təşkilat arasında niyyət sazişi və tədbirlər planını imzaladığımızı böyük qürurla paylaşıram. Bu əməkdaşlığın sayəsində minlərlə tələbə, pedaqoq, alim və siyasətçinin həyatlarını dəyişdirəcək və daha yaxşı dünya qurmağa kömək edəcək bacarıqlar, əminlik və əlaqələr qazanmasına kömək edəcəyik."

British Council Azərbaycan 30-cu ildönümü münasibətilə təhsil, incəsənət və ingilis dili sahəsində tərəfdaşlar, maraqlı tərəflər və layihə iştirakçılarının rəylərini toplayaraq 30 illik əməkdaşlığı və göstərdiyi təsiri paylaşıb. Hekayələri British Council Azərbaycan-ın sosial media kanallarında tapmaq mümkündür. Onlar British Council-ın 30 illik fəaliyyətini formalaşdırmış möhtəşəm insanlar və proqramlara yenidən nəzər salmaq imkanı verir.

Son xəbərlər
Bütün xəbərlər »