Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Demokratiyadan dəm vurub gözdən pərdə asan Fransanın sözü ilə əməli üst-üstə düşmür"
"Demokratiyadan dəm vurub gözdən pərdə asan Fransanın sözü ilə əməli üst-üstə düşmür"

"Uzun illər dünyanın 50-dən çox ölkəsini işğal altında saxlayan, müstəmləkəçilik siyasəti yeridən, həmin ölkələri viran qoyan, var- dövlətini talayan, milyonlarla insanın qətlinə imkan yaradan Fransanın bu günki hakimiyyətindən sülh, əmin-amanlıq və ədalət gözləmək çox çətindir. Çünki Fransa ilk yaranışdan özünün xəyanətkar, düşmənə zidd siyasəti ilə ad çıxarıb və bu dövlətin Əlcəzairdə, Uqandada, Korsikada, Afrikanın, Cənubi- Şərqi Asiyanın, Sakit okean və Latın Amerikasının bir çox ölkələrində yürütdüyü siyasət, insanların faciəsinə səbəb olan əməlləri tarixin qara səhifəsidir".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. O, təəssüflə qeyd edib ki, Fransa dövləti tərəfindən, prezident Emmanuel Macron başda olmaqla bu gün həmin mürtəci siyasət yürüdülür. Belə bir siyasətin yürüdülməsi dünya xalqları üçün bəşəriyyət üçün sadəcə faciədir. Bu gün Fransa nəinki işğal altında olan ölkələrdə öz çirkin əməllərini, niyyətlərini həyata keçirir, eləcə də cənubi Qafqaza əl uzatmaq və burada münaqişələri qızışdırmaq niyyətindədir.

Tahir Rzayev Tahir Rzayev

Deputatın fikrincə, Azərbaycana qarşı münasibət də aydın görünür. Dünyanın bir çox ölkələrində nüfuz dairəsini itirən və dünya ölkələri tərəfindən işğalçı bir dövlət kimi tanınan Fransa bu gün Cənubi Qafqazda yerləşmək, Azərbaycan-Ermənistan münaqişəsini qızışdırmaq niyyətindədir.

“Ermənistanı, bu təcavüzkar dövləti müdafiə etmək və silahlandırmaq, faşistlərə dəstək vermək Fransa dövlətinin və Fransa hakimiyyət dairələrinin birinci vəzifəsi sayılır. Bu günlərdə Fransa ilə Ermənistan arasında hərbi müdafiə sayəsində yeni bir müqavilə imzalanıb. Fransa prezidenti və Fransanın xarici işlər naziri, eləcə də digər hakimiyyət mənsubları açıq-aşkar bəyan edirlər ki, biz Ermənistanın yanındayıq və Ermənistana mənəvi, eyni zamanda hərbi dəstək verməyə hazırıq”-deyən deputat bildirib ki, Fransa bir çox hallarda demokratiyadan, insan hüquqlarından dəm vurur və bu istiqamətdə bir görüntü yaratmağa çalışır.

“Ancaq onun sözü ilə əməlləri heç cür bir araya gəlmir. İnsan azadlıqlarından, dövlətlərin müstəqilliyindən danışan Emmanuel Macron bu gün öz təcavüzkarlıq əməlləri ilə dünyaya meydan oxumaq niyyətindədir. O, Fransanın dünəninə qayıdıb baxmaq, bu gününü qiymətləndirmək və sabahını görmək iqtidarında deyil. Sanki dünya, Fransanın əməllərindən xəbərsizdir. Fransanın törətdiyi cinayətləri saymaqla bitirmək olarmı? Elə düşünürlər ki, bütün cinayət əməllərinə görə bağışlanacaqlar. Ancaq onlar ciddi səhv edir. Çünki bu gün istər Fransanın işğal altında olan ölkələrin xalqları, istərsə də bəşəriyyət Fransanın bu mənfur siyasətini lənətləməkdə və ona qarşı çıxmaqdadırlar”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »