Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask: "Münaqişələr dayandırılmasa, III Dünya Müharibəsinə çevrilə bilər"
Mask: "Münaqişələr dayandırılmasa, III Dünya Müharibəsinə çevrilə bilər"

Milyarder sahibkar Elon Mask, Yaxın Şərq və Ukraynadakı hərbi münaqişələrin davam edəcəyi təqdirdə III Dünya Müharibəsinə çevrilə biləcəyinə inandığını deyib və Amerikanın hərbi gücünün bir vaxtlar digər dünya gücləri ilə müqayisə edildiyi kimi olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Wall Street Journal" yazır.

“Biz Ukraynada sülh yolunu tapmalıyıq və düşünürəm ki, Rusiya ilə normal münasibətləri bərpa etməliyik. Mmövcud vəziyyət Rusiyanı Çinlə daha sıx ittifaqa girməyə məcbur edə bilər”, - deyə Mask edib.

"X" platformasında onlayn panel müzakirəsində danışan Mask, həmçinin Ukraynada atəşkəsə çağıraraq, Rusiyaya qarşı müharibəni ümidsiz vəziyyət adlandırıb. Müzakirəyə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami də daxil olub, o da təcridçi fikirlər səsləndirib.

Mask əlavə edib ki, Rusiya, Çin və İranın ittifaqı qlobal münaqişədə Qərbə qalib gələ bilər: “Bizim sənaye gücündə böyük üstünlüyümüz yoxdur. Müharibənin əsasını iqtisadi güc, xüsusilə sənaye istehsalı, yəni qarşı tərəflə müqayisədə nə qədər tank, silah və dron istehsal edə biləcəyiniz təşkil edir”, - deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 2-də İlon Mask öz "Twitter" səhifəsində Vladimir Zelenskinin karikaturasını dərc edib. "Beş dəqiqə keçdi və siz bir milyard dollar kömək istədiyiniz zaman", - deyə yazan edən Mask şəklə Zelenskinin üzünün görüntüsünü əlavə edib.

Daha sonra o, Ukrayna prezidenti Vladimir Zelenski haqqında yazdığı təhqiramiz tvitindən qəzəblənənləri, həmçinin Maska məxsus müəssisələrdə işçilərin təzyiqindən narazı olanları botlar adlandırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »