Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin Qars şəhərinin qaz əti brendə çevrilir
Türkiyənin Qars şəhərinin qaz əti brendə çevrilir

Qars Ticarət və Sənaye Palatası tərəfindən 2019-cu ildə Türkiyədə qaz yetişdirilməsinin geniş yayıldığı şəhərdə “qaz əti”nin qeydiyyata alınması üçün Türkiyə Patent və Ticarət Nişanı İdarəsinə müraciət edilib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qars qazı əti Türk Patent və Marka İdarəsi tərəfindən araşdırılan müraciətlər arasında olub. Aparılan araşdırmalardan sonra 4 illik müddətin sonunda Qars qazı əti 1479 mənşəli coğrafi göstərici qeydiyyatı alıb.

Qars Ticarət və Sənaye Palatasının sədri Ərtoğrul Əlibəyoğlu Qars qaz ətinin Coğrafi İşarəsinin qeydə alındığını və Qars qastronomiyası deyildikdə ağıla özünəməxsus dadı ilə qaz ətinin gəldiyini bildirib.

Əlibəyoğlu: “Qaz əti vilayətimizin zəngin qastronomik irsinin əhəmiyyətli bir elementidir. Bu unikal ləzzət Qarsın xüsusi coğrafi şəraitində yetişdirilən qazların ətindən əldə edilir. Qars qazının əti uzun illər əvvələ dayanan ənənəvi hazırlanma üsulu ilə işlənir və bu üsul Qarsın özünəməxsus iqlimi, yüksək dağlıq əraziləri və yem bitkilərinin təsiri ilə özünəməxsus dad profili yaradır”, - deyib.

Qaz ətinin qorunması və dadının yaxşılaşdırılması üçün çalışacaqlarını bildirən Əlibəyoğlu: “Bu gün Qars Ticarət və Sənaye Palatası və hörmətli professorlarımızla birlikdə 4 illik böyük zəhmətimizin nəticəsi olaraq coğrafi göstəricisini əldə edərək bu dəyəri qeyd etməkdən qürur duyuruq. Coğrafi işarəsi sayəsində Qars qazı əti bu ləzzətin Qarsa xas olduğunu və yalnız bu bölgədə istehsal edildiyini vurğulayacaqdır. Qarsımız coğrafi göstəricilərin əldə edilməsində sürətlə irəliləyir. Qars qazı əti coğrafi göstərici alan 7-ci məhsulumuz oldu. Qars qazı əti Qarsın əhəmiyyətli bir dəyəri və ölkə daxilində sübut edilmiş dəyəridir. Çünki Qars öz iqlim quruluşu, hava şəraiti, coğrafi mövqeyi və yüksəkliyi ilə mükəmməl bir quruluşa malikdir. Şəhərimizin bu quruluşu şəhərdə istehsal olunan ənənəvi və yerli məhsullara birbaşa təsir edir.Ümid edirik ki, qeydiyyatdan keçmiş bu məhsul istehsalçıya əlavə dəyər verəcək və istehsalçılarımız istehsal etdikləri məhsulun əvəzini alacaqlar.

"Sərhat İnkişaf Agentliyinin (SERKA) Baş Katibliyinə bizimlə birlikdə fəaliyyət göstərdiyi və bu prosesdə bizə dəstək olduğu üçün təşəkkür etmək istəyirəm", - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »