Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq Göbeklitepe Film Festivalında nümayiş olunacaq filmlər müəyyənləşib
Beynəlxalq Göbeklitepe Film Festivalında nümayiş olunacaq filmlər müəyyənləşib

Şanlıurfada keçiriləcək "2-ci Beynəlxalq Göbeklitepe Film Festivalı"nda nümayiş olunacaq filmlər və münsiflər heyəti bəlli olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatına Göbeklitepe Mədəniyyət və İncəsənət Dərnəyindən verilən məlumata görə, Karaköprü Bələdiyyəsinin baş sponsoru olduğu bu ilki festivalda TRT Kino Müdiri Faruk Güven, rejissor-prodüser Mehmet Bahadır Ər, amerikalı prodüser Corc N. Makrinos kimi adlar münsiflər heyətində yer alıb.

Bu il festivalda ilk dəfə olaraq arxeologiya mövzulu uzun metrajlı sənədli filmlər nümayiş etdiriləcək və bu mövzunun hər il işıqlandırılması planlaşdırılır.

Noyabrın 23-də Jalə İnanın “Kiçik Nəhəng Qadın” sənədli filmi ilə açılacaq festivalda finala yüksələn 12 milli və beynəlxalq qısametrajlı filmə əlavə olaraq xüsusi nümayiş çərçivəsində Kann, Berlinale və Sundance kimi əhəmiyyətli festivallara qatılan TRT-nin birgə istehsalı olan “Klondike” və “Bu Cənnət Olmalı” bədii filmləri də nümayiş etdiriləcək.

Söhbətlərin və musiqili konsertlərin də yer alacağı festival 23-26 noyabr tarixlərində "Klaus Şmidt" Xatirə Evində və "Necmettin Cevheri" Tamaşa və Mədəniyyət Mərkəzində keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »