Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ İsrail-Fələstin münaqişəsi ilə bağlı dezinformasiyaya görə "Google" xəbərdarlıq edib
Aİ İsrail-Fələstin münaqişəsi ilə bağlı dezinformasiyaya görə "Google" xəbərdarlıq edib

Daha əvvəl "X" ("Twitter") platforması üçün dezinformasiyaya qarşı məktub göndərən Avropa İttifaqı (Aİ) rəsmisi indi "Google"a xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

İsrail ilə Fələstin arasında gərginlik davam edərkən, ən böyük məlumat mənbəyi olan internetdə yayılan görüntülər kütlənin düşüncələrinə köklü şəkildə təsir edir. Dəqiq məlumat, həmişə olduğu kimi, böhran dövründə həlledici rol oynayır, çünki dezinformasiya asanlıqla yayılır.

Məhz bu səbəbdən Avropa İttifaqı "Google"un ana şirkəti "Alphabet"in "YouTube"da yayılan yalan və qeyri-qanuni məlumatlar barədə xəbərdarlıq edib. Xüsusilə də platformanın auditoriyasının əksəriyyətinin uşaq və yeniyetmələrdən ibarət olması sözügedən problemi olduğundan daha vacib edir.

Aİ rəsmisi deyir ki, "YouTube"a cavabdeh olan "Google" bu məsələnin yayımlanmasında daha məsuliyyətli hərəkət etməlidir.

Thierry Breton insanların məlumat əldə etmək üçün istifadə etdikləri bir saytın ("Google") istifadəçilərini yalan məlumat, təbliğat və narahatedici görüntülərdən qoruması lazım olduğunu ifadə edərək, sözügedən xəbərdarlıqlarla bağlı "Google"dan hesabat gözlədiyini bildirib.

Bundan başqa, Breton bu məsələdə şəffaflıq istəyib və əlavə edib ki, biz birlikdə hərəkət etməsək, sanksiyalar tətbiq oluna bilər.

Bənzər bir vəziyyət "X" üçün başladı, lakin onun üçün işlər daha pisdir.

Avropa Birliyi rəsmiləri HƏMAS-İsrail haqqında yazıların "X"i dezinformasiya mərkəzinə çevirdiyini iddia edirdilər. Elon Musk bu yanaşmaya qarşı çıxıb.

Linda Yaccarino bildirib ki, HƏMAS və İsrail arasında qarşıdurmalarla bağlı yazılar çox diqqətlə araşdırılıb və on minlərlə yazı silinib. İstifadəçilərin şəxsən iştirak edə biləcəyi "İcma Qeydləri" adlı xüsusiyyətin minlərlə paylaşım üçün istifadəyə verildiyini bildirən rəhbər, terror qrupları ilə birbaşa əlaqəsi olduğu aşkarlanan yüzlərlə hesabın bağlandığını bildirib.

Bununla belə, "X" ilə bağlı rəsmi olaraq istintaq başlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »