Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur azərbaycanlı aktrisa vəfat etdi
Tanınmış teatr və kino aktrisa Zərnigar Ağakişiyeva vəfat edib. 72 yaşlı aktrisa tənha yaşayırdı və onun meyidi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən daxil olan müraciətlər nəticəsində aşkarlanıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar edib.

Zərnigar Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. 1974-cü ildən Akademik Milli Dram Teatrında işləyən aktrisa yadda qalan obrazları ilə tamaşaçıların sevgisini qazanmışdı. Zərnigar Ağakişiyeva kinoda yaratdığı koloritli qadın obrazları ilə fəqrlqənməyi və yadda qalmağı bacarmışdı. O , İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" əsərində Fəxrəndə xanım, Anarın "Təhminə və Zaur" əsrinində Zivər, C.Məmmədquluzadənin "Ölülər" əsərində Kərbalayi Fatma kimi kino obrazları ilə hər zaman tamaşaçıların ürəyində yaşayacaq.

Allah Rəhmət eləsin!

Son xəbərlər
Bütün xəbərlər »