20 oktyabr tarixində Bakıda “Uzakrota Baku 2023” sammiti keçirildi. Turizm sektorunun keçmişi, bugünü və gələcəyinin müzakirə olunduğu tədbirdə turizm sektorunun peşəkarları ilə yanaşı, sahəyə yeni addımlayan gənc nəslin nümayəndələri də iştirak etdi.
“Uzakrota Baku 2023” turizm sammitinin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, dünyanın turizm kommunikasiyasını formalaşdıran növbəti “Uzakrota” sammitinin açılışında “Pasha Travel” və “AZAL”-ın rəsmi nümayəndələri tədbirin əhəmiyyəti və Azərbaycan turizminə faydalarından söz açdılar.
Açılış nitqlərindən sonra “Tour to The America” şirkətinin nümayəndəsi Hakan Aksungur, "Azərbaycanın böyük səyahət qruplarının hərəkəti" adlı panelin moderatoru vəzifəsini icra etdi. Ölkəmizdə Amerika Birləşmiş ştatlarından viza almaq prosesinin də çətinləşdiyini qeyd edən Hakan Aksungur, Amerikaya müxtəlif turistik xidmətlər və imkanlardan bəhs etdi. Paneldə “PAŞA Travel” şirkətinin Baş icraçı direktoru Bəhruz Əsgərov, “AZAL”-ın Satış və tərəfdaşlıq üzrə direktoru Çingiz Mürsəlov, “Alison Travel” şirkətinin təsisçisi Nizami Mehdiyev, “Ejder Turizm” şirkətinin təsisçisi Uğur Kurt, “Travelzone” şirkətinin təsisçisi Barış Öztürk, “Pegas Touristik” şirkətinin Azərbaycan üzrə rəhbəri Emin Perit Uzun, “Otelz” şirkətinin təsisçisi Bertan Aner və “Kartaca Turizm” şirkətinin rəhbəri Fatih Günay moderatorun suallarını cavablandırdı.
Tədbirin “Dünya yenidən bağlandıqca Səyahət Bronu üçün növbəti gəlirlər” adlı ikinci paneli, “Tourmania” şirkətinin Baş icraçı direktoru İbrahim Yükselin moderatorluğu ilə keçirildi. Paneldə “Türk Ekspress” şirkətinin rəhbəri Harika Kızılhan, “Wtatil” şirkətinin başqanı Cihan Saray, “Travelline” şirkətinin Biznesin inkişafı üzrə baş meneceri Anar Zamanov, “Book to World” şirkətinin Biznesin inkişafı üzrə meneceri Koray Şenaydın, “Paximum” şirkətinin Aviasiya rəhbəri Abdurrahman Ural və “Millenium Tourism” şirkətinin təsisçisi Ruslan Quliyev mövzu üzrə hazırlanan suallara şərh bildirdi.
“Səyahət mobillik istiqamətləri” mövzusunda “gettransfer.com” şirkətinin satış meneceri Artemii Nakariakov çıxış etdi. Tədbirin təqdimat mərhələsində müasir nəqliyyat sistemi və gələcək perspektivlər haqqında təqdim edildi və turizm nəqliyyatında süni intellektin inteqrasiyası və nəqliyyatdan istifadə formatında müşahidə olunan yeniliklərdən bəhs olundu.
“TOUCH” şirkətinin dəstəyilə, “Səyahət liderlərinin söhbəti: Səyahət sənayesində dözümlülük yaratmaq” mövzusunda keçirilən panelin moderator vəzifəsini Erman Kuşoğlu icra etdi. “Balkan Holidays” şirkətinin təsisçisi Bojan Petkovic, “Skal Baku” şirkətinin prezidenti Ceyhun Aşurov, “Tatilmil” şirkətinin sahibi Hanife Bayram, “Festatur Global” şirkətinin təsisçisi Handan Bozdağ Yıldırım, “Touch DMC” şirkətinin nümayəndəsi Mutlu Şahin və “Atlas Travel” şirkətinin Baş icraçı direktoru Abbas Süleymanov mövzu üzrə ünvanlanan sualları cavablandırdı. Bununla yanaşı, paneldə turizm sektorunun onlayn bazardakı mövcud vəziyyətindən və davamlılığı üzrə müzakirə aparıldı. Eyni zamanda turistlərin pandemiya, zəlzələ və müharibə sonrası tətil seçimlərindəki dəyişikliklərə şirkətlərin hazırladıqları tədbirlər haqqında danışıldı.
Paneldən sonra “Plus Media Production” şirkətinin nümayəndəsi Rəhim Qədirov, “Turizm sektorunda marketinqin əhəmmiyyəti” mövzusunda turizmin gələcəyinə və inkişafına dair müxtəlif təkliflərini bölüşdü. Turizm sektorunun dirçəlişi üçün turizm təhsili sahəsində də bir sıra addımların atılmasının vacibliyini vurğuladı.
Sammitin sonuncu panelində “Gələcəyin səyahət qrupları və marketinq strategiyaları” mövzusu üzrə müzakirələr aparıldı. “Radisson Hotels” şirkətinin Bölgə üzrə fəaliyyət aktivasiyası baş meneceri Yeşim Doğukanın moderator vəzifəsini icra etdiyi paneldə, turizm sahəsində məhsulun və xidmətin tanıtımında sosial medianın əhəmiyyətindən danışıldı. Eyni zamanda, Azərbaycanın da səyahət bazarında sadəcə tətil üçün deyil, iş səfərlərinə də uyğun istiqamət olduğu spikerlər tərəfindən xüsusi qeyd olundu. Bununla yanaşı, turizmdə brendin və tanıtımın müasir formatlarından istifadə üzrə təkliflər verildi, marketinq strategiyalarının da müasirləşdirilməsinin vacibliyi vurğulandı.
“Gələcəyin səyahət qrupları və marketinq strategiyaları” mövzusu üzrə keçirilən paneldə “Devim tours” şirkətinin təsisçisi Bülent Biçer, “Outgoing tour” şirkətinin təsisiçisi Arif Güneş, bilet.com şirkətinin təsisçisi Atakan Kurt, “Avrupa Rüyası” şirkətinin təsisçisi Hasan Ali Arıcan və “Radisson Baku” şirkətinin Baş meneceri Peter Sivy spiker qismində sualları cavablandırdılar.
“Avrupa Rüyası” şirkətinin təsisçisi Hasan Ali Arıcan, sualları cavablandırarkən müasir səyahət formatları və səyyah növlərindən bəhs etdi.
“Gənclərin səyahətlərdən əldə etdikləri təcrübələr sadəcə öz yaş qruplarına deyil, yaşlı insanlara da motivasiya və referans təsiri göstərir”- deyən Hasan Ali Arıcan, "influencer" və spesifik xidmət göstərən turistik xidmətlərin turist "profil"inin genişlənməsinə müsbət təsir etdiyini xüsusi vurğuladı.
Tədbirin son proqramında “Deal room” şirkətinin nümayəndəsi Berfin Tanya Yaraşır tərəfindən tədbir təşkilatçılığı platformalarının 2022-ci il çərçivəsində araşdırma və analizlər təqdim edildi. Statistik və informativ təqdimatdan ardınca ölkəmizdə növbəti dəfə keçirilən “Uzakrota Baku 2023” turizm sammiti uğurla yekunlaşdı.
“Uzakrota Baku 2023” turizm sammitinin rəsmi media tərəfdaşı Bizimyol.info tədbirdən hazırladığı xüsusi görüntüləri təqdim edir:
İradə Cəlil - Orxan Musabəyli, Bizimyol.info