Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"X" hamı üçün ödənişlimi olacaq? Test mərhələləri başlayıb
"X"  hamı üçün ödənişlimi olacaq? Test mərhələləri başlayıb

Elon Mask keçən ilin sonlarında "X"də ("Twitter") həddən artıq çox bot hesabının olduğunu bildirmişdi.

Bizimyol.info xəbər verir ki, bu vəziyyət hətta alış prosesində tərəflər arasında problemə çevrilib. Tətbiqi satın alan Musk, bot hesablarının qarşısını almaq üçün mavi işarəni ödədi.

Pul qarşılığında alınan mavi quş məşhur insanların və "Twitter"də mühüm hesabların kimliyini yoxlamaq üçün istifadə olunur. Mavi quş bir çox təşkilata sosial mediada dezinformasiya ilə mübarizə aparmağa kömək edən bir vasitədir.

Mask, bot hesabları ilə bu şəkildə məşğul ola biləcəyini bildirsə də, daha sonra bot hesablarının qaydalara əməl etdikləri təqdirdə mavi işarə almasının heç bir zərəri olmadığını söylədi. Beləliklə, bot hesablarında mavi quş abunəsi alındıqdan sonra təhlükəsizlik problemləri yaranmağa başladı.

Bu problemi həll etmək üçün "Twitter" indi eyni səbəbdən tətbiqin tam ödənişli olmasını sınaqdan keçirir. Bu çərçivədə "Twitter" də “Not a Bot” adlı proqramı işə salıb.

Proqram hazırda yalnız Yeni Zelandiya və Filippində sınaqdan keçirilir. Mavi quş abunəliyinə əlavə olaraq, istifadəçilər "əsas xüsusiyyətləri" ehtiva edən yeni $1 abunə haqqı da ödəyirlər. 1 dollarlıq abunəsi olmayan insanlar "Twitter"də yalnız yazıları oxuya, videolara baxa və digər hesabları izləyə bilər, lakin qarşılıqlı əlaqə qura bilmirlər.

Test mərhələsində olan yeni abunə haqqının qiyməti ölkədən ölkəyə dəyişəcək. Bu barədə ictimaiyyətə ətraflı məlumat verilmədiyindən, insanlar bunun zmanla bütün şəbəkə istifadəçilərinə tətbiq ediləcəyi barədə etimallar səsləndirirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »