Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Taksilər şəhəri"nin qeyri-peşəkar nəqliyyat mənzərəsi... Yeraltı parkinq də metro tikintisinə mane olur
"Taksilər şəhəri"nin qeyri-peşəkar nəqliyyat mənzərəsi... Yeraltı parkinq də metro tikintisinə mane olur

Hər il tədris mövsümü başlayanda məlum olur ki, Bakıda nəqliyyat sistemi bir az da ağırlaşıb. Taksilərin sayının, o cümlədən, tıxacların çox artdığı hiss olunur. Sanki problem heç vaxt həllini tapmayacaq. Şəhər nəqliyyatı əməlli-başlı can verir.

Bizimyol.info xəbər verir ki, qeyri-rəsmi hesablamalara görə, Bakıda taksi fəaliyyəti ilə məşğul olanların sayı 50 min nəfəri keçib. Yəni azı bu qədər avtomobil hər gün şəhər küçələrində müştəri daşıyır. Təxminən 4,5-5 milyon nəfərin yaşadığı şəhər üçün yetərincə böyük rəqəmdir. Bakı bu yükü qaldıra bilmir. Şəhər nəqliyyatı hər il bir az da böyük çətinliklərlə üz-üzə qalır.

Taksilərlə bağlı qanunvericilikdə dəyişiklik olunub. Sürücülərlə söhbətimiz göstərir ki, hələlik hər şey kağız üzərindədir. Yəni mexanizm işə düşməyib. Lap işə düşsə belə, məqsəd durumu yaxşılaşdırmaq yox, sürücülərdən, operatorlardan daha çox pul qoparmaqdır. Onların üzərinə konkret maliyyə öhdəlikləri qoyulub. Halbuki hər şeydən əvvəl peşəkarlıq artırılmalıdır.

Əslində, Bakının 10 mindən çox taksiyə ehtiyacı olmamalıdır. Bunun üçün ictimai nəqliyyat qaydasına salınmalıdır. İlk görülməli olan işlərdən biri metro stansiyalarının sayının artırılmasıdır. Bakıda cəmi 27 stansiya var. Say təxminən üç dəfə çox olmalıydı. Şəhərin əksər vacib nöqtələrinə metro ilə yetişmək mümkün deyil. Yeni stansiyaların tikintisi çox ləng gedir. Hökumət deyir ki, metro bahalı layihədir. Yəni bunu bəhanə gətirirlər. Halbuki, heç bir ictimai faydası olmayan bahalı layihələrə milyardlar xərclənir. Bakı Metropoliteninin arqumentlərindən biri odur ki, ciddi çətinliklə üzləşirlər. Xətlər müstəqil deyil, məsələn, “28 May”da kəsişənləri var.

Burada həqiqət odur ki, şəhər çoxmərtəbəli binalarla dolub, yerin altında da parkinq məntəqələri qurulur. Beləcə, metronun işi çətinləşir. Yeni stansiyalar tikmək müşkülə çevrilir. Niyə belədir? Çünki plansız iş görülür. Paytaxtla necə gəldi davranırlar. Sistemsizlik şəhər həyatını dözülməz edib. Hökumətin bu məsələlərdə konkret konsepsiyasının olmaması özünü pis tərəfdən göstərir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »