Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2020-ci ildə təxminən 13,4 milyon körpə, vaxtından əvvəl doğulub
2020-ci ildə təxminən 13,4 milyon körpə, vaxtından əvvəl doğulub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNICEF) və London Gigiyena və Tropik Tibb Məktəbinin müəllifləri tərəfindən vaxtından əvvəl doğuşlarla bağlı araşdırma dərc olunub.

Bizimyol.info xəbər verir ki, mətbuatda dəc edilən hesabatda deyilir: "2020-ci ildə 13,4 milyon körpə vaxtından əvvəl (hamiləliyin 37 tam həftəsindən əvvəl) doğulub ki, bu da bütün diri doğulanların təxminən 10-dan 1-ni təşkil edir"

Erkən doğuşların uşaqların ilk yaşlarında ölüm hallarının əsas səbəbi olduğunu bildirən hesabatda uşaqlıqda sağ qalma nisbətini artırmaq üçün vaxtından əvvəl körpələrə qayğının gücləndirilməsinə təcili ehtiyac olduğu qeyd edilib.

Bildirilib ki, vaxtından əvvəl doğulanların yetkin yaşda ağır xəstəliklərə, əlilliyə, inkişafda geriləmələrə, həmçinin şəkərli diabet və ürək çatışmazlığı kimi xroniki xəstəliklərə tutulma ehtimalı yüksəkdir.

“Son on ildə dünyanın heç bir regionunda vaxtından əvvəl doğuşun sayında ciddi azalma müşahidə olunmayıb. 2010-2020-ci illər arasında vaxtından əvvəl doğuşların illik qlobal azalması cəmi 0,14 faiz təşkil edib”, - deyə hesabatda qeyd olunub.

Vaxtından əvvəl doğuşlar yüksək gəlirli ölkələrdə də baş verir

Hesabatda bildirilir ki, 2010-2020-ci illər arasında vaxtından əvvəl doğuşlarla bağlı dərc edilən təxminlər və tendensiyalar ölkələr və regionlar arasında böyük bərabərsizlikləri ortaya qoyur. "2020-ci ildə vaxtından əvvəl doğuşların təxminən 65 faizi Səhralıq Afrika və Cənubi Asiyada baş verib. Burada körpələrin 13 faizindən çoxu vaxtından əvvəl doğulub", - deyə bəyanatda qeyd edilir.

Hesabatda erkən doğumun yalnız aşağı və orta gəlirli ölkələrdə görülən bir problem olmadığı və bu vəziyyətin bütün dünyada ailələrə təsir etdiyi açıqlanıb. Yunanıstanda erkən doğum nisbətləri yüzdə 11,6 və ABŞ-da yüzdə 10 olduğu halda, bəzi yüksək gəlirli ölkələrdə bu statistika yüzdə 10 və ya daha yüksək nisbətləri də müşahidə edilir. Zəif ana sağlamlığı və düzgün qidalanmaması da vaxtından əvvəl doğuşun nisbətinin yüksəlməsinə səbəb olur.

“Vaxtından əvvəl doğulan körpələrin xüsusi qayğıya və diqqətə ehtiyacı var”

Hesabatda fikirləri yer alan ÜST-nin Ana, Uşaq və Yeniyetmə Sağlamlığı İnstitutunun direktoru Anşu Banerji: “Vaxtından əvvəl doğulan körpələr sağlamlıq üçün həyati təhlükə yaradan ağırlaşmalara xüsusilə həssasdırlar. Onların xüsusi qayğıya və diqqətə ehtiyacı var”, - deyə nəticələri dəyərləndirdiklərini bildirib.

Erkən doğuşlarla bağlı rəqəmlərin vaxtından əvvəl doğulmuş körpələrə və onların ailələrinə dəstək olmaq üçün mövcud xidmətlərə təcili investisiya ehtiyacı olduğunu göstərdiyini vurğulayan Banerji, xüsusilə hamiləlikdən əvvəl və hamiləlik dövründə keyfiyyətli sağlamlıq xidmətlərinə çıxışa diqqət yetirilməsi lazım olduğuna diqqət çəkib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »