Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Zəngəzur dəhlizinin açılacağından narahatdır" - Təhlükə kimi qiymətləndirilir...
"İran Zəngəzur dəhlizinin açılacağından narahatdır" - Təhlükə kimi qiymətləndirilir...

İran Xarici İşlər Nazirliyi Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıqlama verib ki, Qafqazda hər hansı “geosiyasi dəyişikliyə” qarşıdırlar.

Bizimyol.info xəbər verir ki, paytaxt Tehranda keçirilən adi həftəlik mətbuat konfransında danışan İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani, mümkün Zəngəzur dəhlizi layihəsi ilə bağlı verilən suallı cavablandırarkən qeyd edib.

Kənani bəyan edib ki, İran Dağlıq Qarabağın “işğal olunmuş torpaqlarının” Azərbaycana qaytarılmasını həmişə dəstəkləyir: “Biz nəqliyyat marşrutlarının inkişafında hamıya fayda verəcək və firavanlıq gətirəcək layihələrdə həmişə iştirak edirik. Bununla belə, biz beynəlxalq sərhədləri və geosiyasi dəyişiklikləri dəyişdirməklə mübahisələrin həllinin əleyhinə olduğumuzu da vurğulayırıq”, - deyə Kenani qeyd edib.

"Azərbaycan Qarabağda hökmranlığını bərqərar etdikdən sonra onun növbəti məqsədinin Türkiyə sərhədində Azərbaycan torpaqlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması olacağı proqnozlaşdırılır. Azərbaycanın İran sərhədi boyu dəhlizi yenidən açması Tehran administrasiyası tərəfindən onun Ermənistan və Avropaya çıxışını təhlükə altına almaq kimi qiymətləndirilir. Tehranın İrəvan administrasiyası ilə sıx ticarət əlaqələri olduğu halda, Azərbaycan İranın “baş düşməni” İsraildən silah alır", - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

P.S: Qeyd edək ki, qonşu-dindaş İran Ermənistanın Azərbaycana təcavüzü dövründə, açıq və ya gizli şəkildə, hər zaman İrəvanın tərəfində olduğu sirr deyil. Bundan əlavə, Kənaninin işlətdiyi "Azərbaycan Qarabağda hökmranlığını bərqərar edəcək" ifadəsi iranlı diplomatın dilindən ölkəsinin Azərbaycana münasibətini sərgiləyir. Azərbaycan özünün tarixi ərazisi olan Qarabağ bölgəsini işğaldan azad etməklə dünyanın rəsmən tanıdığı sərhədlər çərçivəsində ölkənin ərazi bütövlüyünü təmin edib. Bunu İran və ya hansısa başqa bir dövlətə ağırlıq gətirəcək bir tərəfi yoxdur.

Naxçıvana, oradan Türkiyəyə dəhlizin açılmasına gəlincə, bu, tarixi zəruriyyətdir ki, İran da region dövləti kimi bu dəhlizə hər hansı bir formada qoşula və yararlana bilər.

Və nəhayət, İran dünyanın bir neçə dövlətini özünə “baş düşməni” hesab edir. Lakin heç bir hüquqi akt müstəqil bir dövlətin qonşu ölkələrin siyasi gərginlik yaşadığı digər dünya dövlətləri ilə sərbəst münasibət qurmasını qadağan etmir. Bir ölkənin başqa bir dövlətlə yaxın münasibəti üçüncü subyekti rahatsız etməməlidir, əksinə, bundan yararlanaraq "düşmən" hesab olunan ölkə ilə münasibət qurmaq ən doğru yoldur.

Örnəyi: Türkiyə ilə İsrail arasında münasibətlərin sərin olduğu vaxtlarda da Azərbaycan hər iki tərəflə yüksək səviyyədə münasibət saxlayırdı və bu heç bir tərəfi narahat etmirdi. Bu gün vəziyyət dəyişdi və Türkiyə İsrail dövlətlərinin yaxınlaşması Azərbaycan üçün də avantaja çevrilir. Artıq İran qəbul etməlidir ki, Azərbaycan Kənani səviyyəsində hədələrlə mövqeyindən çəkiləcək ölkə deyil.

Son xəbərlər
Bütün xəbərlər »