Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: "Bayden Ukrayna böhranı ilə bağlı Rusiya ilə birbaşa münaqişədən çəkinir"
Blinken: "Bayden Ukrayna böhranı ilə bağlı Rusiya ilə birbaşa münaqişədən çəkinir"

Ukrayna böhranının eskalasiyasının ilk günlərindən ABŞ prezidenti Co Bayden Vaşinqtonu Rusiya ilə birbaşa münaqişəyə cəlb etməkdən çəkinməyə çalışır; bu onun “ən yüksək” məqsədidir.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə axşamı Hyustonda (Texas) Rays Universitetində çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Birinci gündən prezident Baydenin iki vacib amalı var. Biri əmin olmaqdır ki, biz (ABŞ) Ukraynanı dəstəkləmək üçün əlimizdən gələni edirik və digər ölkələri də eyni şeyi etməyə təşviq edirik. Bununla belə, digər əsas məqsədi isə Rusiya ilə birbaşa münaqişədən qaçmaqdır. Çünki belə bir münaqişə potensial olaraq heç kimin sona çatmaq istəmədiyi yerə gətirib çıxara bilər ki, bu da amerikalıların təhlükəsizliyi üçün pis olardı”, - deyə Blinken bildirib. O əlavə edib ki, Bayden bu münaqişə ilə bağlı qərar qəbul edərkən, onunüçün məhz bu iki məsələ prioritetdir.

Amerika Xarici Siyasət Departamentinin rəhbəri həmçinin bildirib ki, Birləşmiş Ştatlar hərbi əməliyyatların necə aparılması ilə bağlı qərarları Kiyevin öhdəsinə buraxır. Onun sözlərinə görə, Vaşinqton heç vaxt Ukraynanı ərazilərindən kənara zərbə vurmağa təşviq etməyib.

Eyni zamanda, Blinkenin fikrincə, hərbi əməliyyatları dayandırmağın ən etibarlı yolu Kiyevin mövqelərini gücləndirməkdir. Bundan əlavə, ABŞ dövlət katibi qeyd edib ki, Rusiya hazırkı kursu “Qərbdən üstün olmaq” istəyindən irəli gələrsə, Ukrayna böhranı ilə bağlı ciddi diplomatik irəliləyiş əldə etmək ola bilməz.

Rusiya tərəfi müxtəlif səviyyələrdə Ukraynadakı münaqişə ilə bağlı öz mövqeyini dəfələrlə bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bir qədər əvvəl qeyd edib ki, Moskva böhranın diplomatik həllinə həmişə açıq olub və belə də qalır, həmçinin həqiqətən ciddi təkliflərə cavab verməyə hazırdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »