Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon Kiyevə "ATACMS" raketlərini verməyə hazır olduğunu açıqlayıb
Pentaqon Kiyevə "ATACMS" raketlərini verməyə hazır olduğunu açıqlayıb

ABŞ prezidenti Co Baydenin razılığı ilə Vaşinqton kasetli sursatlarla təchiz edilmiş "ATACMS" taktiki raketlərini Kiyevə verməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg"ə ordu katibinin satınalma, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buş məlumat verib.

“Biz tez hərəkət etməyə hazırıq. Prezident nə vaxt bunu etməyə qərar verərsə, biz hazır olacağıq”, - deyə Buş qeyd edib. Onun sözlərinə görə, Pentaqon uzun müddətdir ki, hadisələrin belə inkişafına hazırlaşır.

"Bloomberg" qeyd edib ki, "ATACMS" 300-dən 950-yə qədər kasetli sursat daşımağa qadirdir. Belə raketlərin uçuş məsafəsi 25 ilə 300 km arasındadır. Buşun sözlərinə görə, Ukrayna hərbçiləri onsuz da mövcud olan buraxılış qurğularından istifadə etməklə eyni vaxtda altıya qədər "ATACMS" buraxa biləcəklər.

Daha əvvəl NBC xəbər vermişdi ki, Bayden Ukrayna lideri Vladimir Zelenskiyə Vaşinqtonun "ATACMS" taktiki raketlərinin kiçik partiyasını Kiyev hakimiyyətinə təhvil verəcəyinə söz verib.

Kasset sursatları müxtəlif məqsədlər üçün (tank əleyhinə, piyada əleyhinə, yandırıcı və s.) çoxlu sayda partlayıcı sursatla doldurulmuş yüklərdir. Onlar bomba, artilleriya mərmiləri və raket başlıqları şəklində bir çox ölkələrin orduları ilə xidmətdədirlər.

1 avqust 2010-cu il tarixində 123 ölkə tərəfindən imzalanmış, lakin cəmi 110 ölkə tərəfindən ratifikasiya edilmiş Kasetli Silahlar haqqında Konvensiya qüvvəyə minmişdir. Orada xüsusilə də, heç vaxt, heç bir şəraitdə, bu cür sursat istehsal etməyəcək, istifadə etməyəcək və ya heç kimə təhvil verməyəcəyi barədə müddəa var.

Konvensiyanı Avropa ölkələrindən Azərbaycan, Ermənistan, Belarus, Yunanıstan, Gürcüstan, Latviya, Polşa, Rusiya, Rumıniya, Serbiya, Türkiyə, Ukrayna, Finlandiya və Estoniya imzalamayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »