Amerika Birləşdirilmiş Ştatlarının (ABŞ) San-Fransisko körfəzindəki yaxta sakinləri, qarətçilərin gəmilərini qarət etməyə və hətta qayıqları oğurlamağa başladığını söyləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata ölkə polisi məlumat verib.
Üç mindən çox limanın yerləşdiyi Oklend - Alameda çayı yaxınlığında çoxsaylı oğurluq hadisələrindən sonra yerli əhali çətin vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.
Bölgədən verilən məlumatda bir neçə qayıqla digər yaxtalara "basqın" edildiyi barədə məlumatlar verilib.
Mətbuata verilən məlumatına görə, keçmiş yerli liman prezidenti Brok de Lappe deyib: "Buxtada üzən evlərdə və yaxtalarda yaşayan insanlar yaxtaları qarət edən "dəniz quldurlarına" fərdi şəkildə müqavimət göstərməli olurlar və cinayət həqiqətən dözülməz həddə çatdı. Təcili olaraq müvafiq orqanların bu məsələ ilə bağlı tədbirlər görməsinə və həll yollrı axtarmasına böyük ehtiyac var".
Körfəz Qoruma və İnkişaf Komissiyasının iclasında da gündəmə gətirilən məsələ evsizlərin piratlığa başlaması, eləcə də lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə müzakirə olub. Bu yaxınlarda yaxtasında yaşayan daha bir kişi dəniz quldurlarının hücumuna məruz qalıb və dəhşətli vəziyyətdə tapılıb.
Avqust ayında "Wall Street Journal" ABŞ-da son 16 ildə evsizlərin sayının 11 faiz artdığını bildirmişdi. ABŞ-da yarım milyondan çox insanın evsiz olduğu təxmin edilir.
Qadir, Bizimyol.info