Rusiya İstintaq Komitəsi (İK) Ukraynanın dörd yüksək rütbəli hərbi rəhbərini təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktları təşkil etməkdə və həyata keçirməkdə ittiham edib.
Bizimyol.info xəbər verir ki, Rusiya İstintaq Komitəsi aşağıdakı şəxslərə qarşı ittiham irəli sürülüb:
1. Kirill Budanov, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi.
2. Nikolay Oleşuk, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı.
3. Aleksey Neyjpapa, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı.
4. Sergey Burdenyuk, Ukrayna Hərbi Hava Qüvvələrinin uzaqdan idarə olunan 383-cü alayının komandiri.
İstintaq Komitəsi iddia edir ki, bu şəxslərin 2022-ci ilin aprelindən 2023-cü ilin sentyabrına qədər pilotsuz uçuş aparatlarından istifadə etməklə 100-dən çox hava hücumunun təşkilində və keçirilməsində iştirakına dair kifayət qədər sübutlar var. Bu hücumların hədəfi Moskva və Moskva vilayətinin əraziləri, Krım Respublikası və Sevastopol şəhəri, həmçinin Rostov, Belqorod, Bryansk vilayətləri, həmçinin Rusiya Federasiyasının digər bölgələri olub.
Bundan başqa, istintaq müəyyən edib ki, Budanov, Oleşçuk, Neyjpapa və Burdenyuk da öz tabeliyində olan hərbi qulluqçuları cinayətlərə cəlb ediblər. Yaxın vaxtlarda təqsirləndirilən şəxslərin axtarışa verilməsi və qiyabi həbs qətimkan tədbirinin seçilməsi planlaşdırılır.
Qadir, Bizimyol.info
Xatırladaq ki, 2014-cü və 2022-ci illər Ukraynaya qarşı hərbi müdaxiləni Rusiya Fedarasiyası başlayıb. Ukrayna ərazilərində müharibə və Krımın işğalı hələ də davam edir. Rusiya hər gün Ukraynanın yaşayış, eləcə də digər obyektlərinə PUA və raketlərlə hücum edir. Hərbçilərlə yanaşı dinc sakinlər, uşaqlar bu hücumların qurbanına çevrilir. İndi öz ərazisinə bir neçə PUA düşüb deyə Rusiyanın "xətirinə dəyib".