Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxu yarışı: Monteneqroda ən tənbəl kim olacaq?
Yuxu yarışı: Monteneqroda ən tənbəl kim olacaq?

Balkan ölkəsi Monteneqronun Nikşiç şəhəri yaxınlığında yerləşən Brezna Etno kəndində ölkənin yumoristik ənənələrindən olan “uzun yalan” yarışması 46 gündür ki, davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Avqustun 18-də Monteneqroda 21 iştirakçı ilə başlayan yarışmada indiyə qədər yuxuya getməyi bacaran 3 nəfər 1000 avroluq mükafat və “ən tənbəl vətəndaş” adını almaq üçün mübarizə aparır.

Bu il 12-ci dəfə keçirilən maraqlı yarışmada 46-cı günə daxil olan yarışmaçılar 1080 saatı geridə qoyublar.

Müsabiqə qaydalarına əsasən, müsabiqə iştirakçılarına yatmaq, yemək-içmək ehtiyaclarını ödəmək, kitab oxumaq və telefondan istifadə etmək icazəsi verildiyi halda, ayağa qalxmaq qayda pozuntusu hesab olunur.

Rəqiblər hər 8 saatdan bir şəxsi ehtiyaclarını ödəyə bilərlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »