"Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda normal həyatın bərpası üçün şərait yaratmaq üzərində intensiv olaraq işləyirik. Ümid edirəm ki, İrəvan da bu məsələdə maraqlı olacaq və bunun üçün səy göstərəcək", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Bizimyol.info xəbər verir kiLavrov Soçidə keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun illik toplantısı çərçivəsində Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Qarabağda işlərin davam etdiyini bildirən Lavrov: "Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, azərbaycanlıların və ermənilərin ümumi həyatlarını davam etdirmələri üçün normal həyatın bərpasına şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bu məsələdə maraqlı olacaq və bunun üçün öz mövqeyinə yenidən baxacaq”, - deyə qeyd edib.
Lavrov Rusiya prezidenti Vladimir Putinin 2020-ci ildə müharibəyə son qoyacaq razılaşma ilə Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməsi ilə bağlı iddiaları təkzib edib: "Qarabağı Avropada Azərbaycan ərazisi kimi tanıyan sənədi Paşinyan özü imzalayıb və o, bu ölkənin ərazilərini rəsmən tanımaq barədə Ermənistan parlamentindəki çıxışında fikir səsləndirib", - deyə o xatırlatma edib.
Bizimyol.info