Yanvarın 27-si səhəri Tehrandakı səfirliyimizdə terror aktının törədilməsi xəbəri ilə açdıq. Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılmışdı. Həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, iki mühafizəçi isə yaralandı. Hadisəni İran rəsmi dairələri məişət zəmnində baş vermiş kimi cəmiyyətə sırımağa çalışırdı. Amma Azərbaycan qərar verərək, Tehrandakı səfirliyin fəaliyyətini dayandırdı. İranla müansibətlər minimum səviyyəsinə düşdü. İran KİV-ləri Azərbaycan əleyhinə proqramlar, məqalələr yayımlamağa başladı. Hətta Araz sahilində 70-ci ildən qalma silahlarla təlimlər də keçirdilər...
- Bu günlərdə İran Məhkəməsi tərəfindən verilən qərar münaisbətlərə hansı dərəcədə təsir edəcək?
- Terrorçunun Azərbaycana verilməsi daha düzgün olmazdımı?
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Ali Məhkəməsi tərəfindən Tehrandakı səfirliyimizə hücum edən şəxsin edam olunması ilə bağlı qərar çıxarıb. Bu qərarın nə qədər ədalətli olduğunu İran hüquq mühafizə orqanları və ədalət məhkəməsi bilər. Amma prosesin aparılmasından uzun zaman keçsə də, qərar çıxarıldı və qərar icra olunacaq.
“Səfirliyimizə hücum ölkələrimiz arası diplomatik münasibətləri minimuma endirib. Son vaxtlar İran hakimiyyətindən Azərbaycana olan münasibətdə yumşalma müşahidə edirik. Təbii ki, regionda sülh və əməkdaşlıq mühiti formalaşmalıdır. Ziddiyyətlər və mübahisələr heç bir tərəfə fayda gətirmir. Ona görə də İran dövləti siyasətindəki səhvlərində düzəlişlər edərək, Ermənistana dəstək siyasətindən əl çəkəcəyini və Azərbaycanla münasibətlərin yenidən inkişaf etdirilməsinə töhfə verəcəyinə ümid edirəm”-deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info