Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfirliklərimizə edilən hücumlar məğlub terrorçu-separatçı rejimin son nəfəsidir...
Səfirliklərimizə edilən hücumlar məğlub terrorçu-separatçı rejimin son nəfəsidir...

Sentyabrın 19-da Ermənistanın Azərbaycana qarşı təxribatlarına qarşı lokal anti-terror tədbiri həyata keçirilib. Əməliyyatın nəticəsində düşmən 23 saat 43 dəqiqə ərzində tərkisilah edilib və təslim olub. Bundan sonra sentybarın 22-dən etibarən Qarabağda yaşayan ermənilər könüllü şəkildə bölgəni tərk etməyə qərar veriblər. Xüsusi olaraq qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Qarabağda yaşayan ermənilərin Azərbaycan bayrağı altında, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, Azərbaycan vətəndaşı kimi qalıb yaşaya biləcəklərini vurğulayıb. Qarabağın erməni əsilli sakinləri isə, getməyi üstün tutub. Və bu gediş zamanı onlar 30 il əvvəl Xocalıda olduğu kimi soyqırıma məruz qalmayıblar. Baş açıq, ayaq yalın yolara tökülməyiblər. Təcavüzə uğramayıblar, qətlə yetirilməyiblər, ayaqlarını don vurub məhv etməyib, uşaqları ata-anasız yetim buraxılmayıb, ailələr məhv edilməyib, birinin də sözün əsl mənasında burnu belə qanamayıb. Qarabağda yaşayan ermənilər oradan getməyə məcbur edilməyiblər, istənilən köç onların seçiminə əsasən olub. Odur ki, bu gün Azərbaycanın digər ölkələrdə olan səfirliklərinə edilən hücumlar sadəcə olaraq erməni xislətini bir daha ortaya qoyur. Sənin olmayana iddia etmək erməni xislətinin bariz nümunəsidir. Yeri gəlmişkən sənin olmayan yerdən getmək, sənin qaçqın və ya məcburi köçkün olduğun anlamını vermir… Bu da sənin seçimindir… Və Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərdə 500-ə yaxın hərbi quluqçu və mülki şəxsin meyitlərinin qalıqları tapılıb. Bu da erməni vandallığının göz önündə olan nümunəsidir. Biz bunu da etmədik…

Qısası, bu gün səfirliklərimizə edilən hücumların bir adı var - məğlub rejimin son nəfəsi… Artıq Ermənistan məğlubiyyəti anlayıb, amma görünür hələ xaricdə yaşaya ermənilər, 30 illik Qarabağ müharibəsində istifadə edərək, beynəlxalq təşkilatlardan yardımlar alan ünsürlər, Qarabağda olan separatçı rejimi maliyyələşdirən qruplaşmalar hələ də bunu anlamaq istəmir. Buraxılması barədə qərar verilmiş bir qondarma rejimin saxlanması üçün digər ölkələrdə Azərbaycan səfirlikləri qarşısında aksiyalar keçirməyi planlaşdırırlar.

Xatırladım ki, diplomatik əlaqələr haqqında 1961-ci ildə imzalanmış 53 maddəlik Vyana Konvensiyası var. Azərbaycan da bu Konvensiyaya 1992-ci ildə qoşulub. Bu Konvensiyada diplomatik korpusun imtiyazları, toxunulmazlığı qeyd edilib. Yəni Azərbaycanın digər ölkələrdəki səfirlikləri həm də, həmin ölkənin hüquq mühafizə sistemi tərəfindən qorunmalıdır. Əks halda, Tehran variantı yenidən baş tuta bilər. Yadınızdadırsa, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror hadisəsi həyata keçirildi və şəhidlərimiz oldu. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyin fəaliyyətini dayandırdı. Yəni bu kimi hal təkrarlanarsa, yəqin ki, Azərbaycan da cavab tədbirləri görəcək…

...O ki, qaldı Qarabağa, Qarabağ həmişə Azərbaycanın olub… Bu, istəsəniz də, istəməsəniz də dəyişməyəcək...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »