Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İran nüvə sazişinin ləğvinə hazırdır
iran bayrağı
Tehran ABŞ-ın “Birgə hərtərəfli tədbirlər planını” (İranın nüvə proqramı ilə bağlı İranla “5+1” dövlətlər qrupu arasında bağlanmış siyasi saziş – red.) ləğv edəcəyi təqdirdə atılacaq cavab addımlarının ssenarisini hazırlayıb.

İran tərəfi artıq bu barədə Moskvanı məlumatlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Mehdi Sənai “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.

“İran, əlbəttə ki, Rusiya və Çinlə, həmçinin bir sıra Avropa ölkələri ilə qarşılıqlı əlaqə yaratmağa çalışacaq, birgə hərtərəfli tədbirlər planının qorunub-saxlanılması üçün əlindən gələni edəcək. Ancaq o pozulsa, əlbəttə ki, İranın öz tədbir ssenariləri var. İranın konkret cavab tədbirləri artıq hazırdır”, - deyə səfir bildirib.

Diplomatın sözlərinə görə, Tehran bu potensial ssenarilər barədə Rusiya tərəfini məlumatlandırıb.

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
››› Azərbaycana qar yağdı - Foto
Son xəbərlər
Bütün xəbərlər »