Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisi böcəklər basdı, hökumət təşvişə düşüb
Parisi böcəklər basdı, hökumət təşvişə düşüb

Fransanın paytaxtı Parisdə yataq böcəkləri problemi yaşayır.

Bizimyol.info xəbər verir ki, görüntülər sosial mediada yayıldıqdan sonra hökumət müdaxilə etmək qərarına gəlib.

Parisdə tez-tez ictimai nəqliyyat və kinoteatrlar kimi ictimai yerlərdə yataq böcəklərinə rast gəlinir. İnsanlar sosial şəbəkələrdə ictimai nəqliyyatda yataq böcəklərinin videolarını paylaşmağa başlayıblar.

Paris merinin müavini Emmanuel Gregoire dünən mətbuata açıqlama verib: "Siz başa düşməlisiniz ki, əslində heç kim təhlükəsiz deyil, əlbəttə ki, risk faktorları var, amma əslində yataq böcəkləri sizin üzərinizdə gizlənə bilər, eləcə də əşyalarınız arasına daxıl olar və siz onları evinizə gətirə bilərsiniz", - deyib.

Gregoire açıqlamasında yataq qurdlarının 2024-cü il Paris Olimpiadası üçün təhlükə olmadığını bildirib.

Fransanın nəqliyyat naziri Klement Beaune dünən məsələ ilə bağlı açıqlama verib: “Gələn həftə mən nəqliyyat operatorlarını bir araya gətirərək onları görülən tədbirlər haqqında məlumatlandıracağam və sərnişinlərə xidmət etmək, onları əmin etmək və qorumaq üçün daha çox iş görəcəyəm”, - deyə bildirib.

Gregoire əlavə edib ki, yataq böcəkləri Paris kimi meqa şəhərlərdə xüsusi problemdir. "Son həftələr internetdə qatarlarda və Paris metrosunda yataq qurdlarının videoları yayılması barədə xəbərimiz var. Tədbirlər grüləcək. Mütəxəssislərin verdiyi məlumata görə, yataq böcəkləri 1950-ci illərdən sonra Fransada yoxa çıxıb və 1990-cı illərdə artan beynəlxalq səyahətlər səbəbindən yenidən Parisdə peyda olub. Onlar sürətlə çoxalır və müxtəlif vasitələrlə yayılırlar. Buna görə də təcili tədbirlər görülməsi barədə tapşırıqlar verilib", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »