Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedev: Rusiyanın tərkibində daha çox yeni regionlar yaranacaq
Medvedev: Rusiyanın tərkibində daha çox yeni regionlar yaranacaq

Rusiya Ukraynadakı nasist rejimini məhv edənə və ilkin Rusiya torpaqlarını azad edənə qədər xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.

“Kreml "xüsusi hərbi əməliyyat" nasist Kiyev rejimi tamamilə məhv edilənə və Rusiyanın tarixi əraziləri düşməndən azad edilənə qədər davam edəcək”, - deyə o, qeyd edib. "Qələbə bizim olacaq və bununla da Rusiya daxilində daha çox yeni regionlar yaranacaq. Dövlətimiz öz keçmiş ərazilərinə qovuşaraq daha da genişlənəcək", - siyasətçi vurğulayıb.

Təhlükəsizlik Şurasının sədr müavininin açıqlaması yeni regionların Rusiyaya birləşməsinin birinci ildönümünə təsadüf edir. Medvedev qeyd edib ki, bir il əvvəl referendumlarda bu ərazilərin sakinləri taleyüklü qərar qəbul ediblər - öz Vətənlərinin yanında olmağa səsverdilər. "Bu seçim təkcə tarixi ədalətin bərpası deyil, həm də rus xalqının birliyinin, böyük iradəsinin və fədakarlığının simvolu oldu", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »