Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kliçko cəbhəyə getməkdən imtina etməsini əsaslandırıb
Kliçko cəbhəyə getməkdən imtina etməsini əsaslandırıb

Kiyev meri Vitali Kliçkonun qardaşı, boks üzrə keçmiş dünya çempionu Vladimir Kliçko Ukrayna Silahlı Qüvvələrinin (USQ) sıralarına qoşulmaqdan imtinasını Ukrayna naminə yaşamaq zərurəti ilə izah edib.

Bizimyol.info rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Almaniyanın "ZDF" telekanalının efirində bildirib.

"Xeyr, mən vətən üçün ölməyə hazır deyiləm, mən ölkə üçün yaşamağa hazıram. Ölməkdən daha çətin vəzifələr var qarşımızda", -deyə o qeyd edib. Kliçko etiraf edib ki, hazırda Ukraynada kiminsə sağ və ya sağlam qalacağına inam yoxdur, çünki bu dünyanın ən qeyri-hümanist hadisəsi, müharibədir. Eyni zamanda, o, cəbhəyə getməyə “nəinki hazır olduğunu”, həm də nə baş verdiyini anlamaq üçün artıq orada olduğunu bildirib.

“Hər kəs cəbhədə olmamalıdır və həbçiyə çevrilmək mümkün qədər hamıya şamil olmamalıdır. Bir gün ehtiyac yaranacaqsa, əlbəttə yumuruqla deyil, silahla döyüşməyə də hazır olacağıq.   Hələki buna ehtiyac da yoxdur. Bizim Vətənin azadlığı naminə yaşamağımız lazımdır”, – deyə bildirib.

24 fevral 2022-ci il tarixində Ukraynada ümumi səfərbərlik elan edilib və daim uzadılır, ölkə hakimiyyəti isə hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün əlindən gələni edir. Xüsusən də onların xaricə çıxması qadağan edilib, dövlət qurumlarında, küçələrdə, insanların sıx toplaşdığı yerlərdə çağırış vərəqələri verilir. Ukrayna mətbuatının məlumatına görə, çoxlu sayda kişi döyüş bölgəsinə düşməmək üçün aylarla evlərini tərk etmir.

Səfərbərlik çoxsaylı qalmaqallara səbəb oldu. Hərbi komissarların çağırış vərəqələri verərkən vətəndaşlara qarşı zor tətbiq etmələri, səhhətinə görə xidmətə yararsız şəxslərin səfərbərliyə cəlb edilməsi, habelə deputatların və vəzifəli şəxslərin özlərinin və hərbi xidmət yaşında olan oğulları üçün sərhəd xidmətdən necə yayınması, habelə vəzifədən kənarlaşdırılmaları, həbsləri barədə mətbuatda mütəmadi olaraq xəbərlər dərc olunur. İctimai narazılıq fonunda Zelenski nümayişkaranə şəkildə bütün regional hərbi komissarları işdən çıxardı.

Qadir, Bizimyol.info

Yeri gəlmişkən: Qeyd edək ki, ötən ilin sentyabrında Rusiya orduya çağırışçıların ilk partiyasını toplayaraq birbaşa Ukraynaya-cəbhəyə yola salınmışdı. Putin İkinci Dünya Müharibəsindən sonra Rusiyanın ilk səfərbərliyinə başladığını elan etdikdən 24 saatdan az müddətdə hərbi komissarlar işğalçı ordunun dağıntılarını bərpa etmək üçün çağırışçıları toplayaraq hərbi hissələrə göndərdilər. Hətta Putinin yalnız döyüş təcrübəsi olanları çağırılacağına dair vədinə baxmayaraq, komissarlar etiraz etdiyi üçün həbs edilən 1400 nəfərə polis bölmələrində çağırış vərəqələri verib cəbhəyə göndərmişdi. Həmin vaxt səfərbərliklə bağlı kütləvi etirazlar artmağa başladı və bundan sonra hökumət geri çəkilməyə vadar oldu.

Son xəbərlər
Bütün xəbərlər »