Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslər həbs olunub, cəzalandırılacaq"
"Qarabağda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslər həbs olunub, cəzalandırılacaq"

"Son 35 ildə, 1988-ci ildən bəri Qarabağda yerləşmiş o millətçi-şovinst, faşist ermənilər Azərbaycana qarşı Xocalı soyqırımını törətdilər. Bir qəsəbədən 613 nəfəri qətlə yetirdilər. Ailələri məhv etdilər. Bütün bunların başında duran onların zərərverici ideologiyaları idi. Zori Balayan öz əsərində yazır ki, "mən Türk uşağını divara mismarladım və onun qarnını deşdim, onun qanı axmağa başladı. 7 dəqiqədən sonra öldü və mən buna sevindim"..."

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. O, qeyd edib ki, birinci tutulmalı insanlardan biri Zori Balayandı.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Ancaq Qarabağda olan azərbaycanlılara qarşı soyqırım törətmiş, Azərbaycana qarşı konkret cinayətlər törətmiş ermənilər çoxdur. Bu ideologiyanın sahibi və cinayəti həyata keçirən adamlar haqqında Respublika Baş Prokurorluğunda konkret cinayət işləri var. Onlar yaxın zamanda bir-bir həbs olunacaqlar. Dünən mətbuatda yayıldı ki Baqdasaryan həbs olunub. Sonra özü dedi ki, mən Xankəndindəyəm. Ünvanı göstərdi, yəqin ki, o da bu günlərdə həbs olacaq. Babayan və digər birbaşa bu cinayətlərdə əli olan adamlar həbs olunub, məhkəmə qarşısına çıxarılacaq. Əsas da Koçaryan, Sarkisyan həbs olunub, hakim qarşısında törətdikləri cinayətə görə cavab verəcəklər”-deyə politoloq bildirib.

Elşad Həsənov vurğulayıb ki, 30-35 ildə ermənilərin törətdiyi cinayətlərin böyük əksəriyyəti sənədləşdirilib. Və bu şəxslər konkret olaraq, hansı cinayət törədiblərsə, ona görə də cavab verəcəklər.

“Bunların hamısını biz görəcəyik. Yaxın zamanlarda ədalət məhkəməsi qarşısında cavab verəcəklər”-deyə politoloq bildirib.

Xatırladaq ki, Reuters Agentliyinin məlumatına görə, rəsmi Bakı Ruben Vardanyan kimi Qarabağda olan 100 nəfərə yaxın şəxsi müxtəlif cinayətlərə görə həbs etməyi düşünür. Bu şəxslərin kimliyi barədə heç bir məlumat verilməyib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »