Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
""Keçmiş"Vaqner" yaraqlıları Baxmuta göndərilir" - Britaniya kəşfiyyatı
""Keçmiş"Vaqner" yaraqlıları Baxmuta göndərilir" - Britaniya kəşfiyyatı

Son həftələrdə əvvəllər "Vaqner" özəl hərbi şirkət ilə əlaqəli olan yüzlərlə yaraqlı ayrı-ayrılıqda və kiçik qruplar şəklində müxtəlif rus bölmələri ilə birlikdə Ukraynaya döyüş bölgəsinə göndərilməyə başlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin cümə günü səhər, sentyabrın 29-da yaydığı hesabatda deyilir.

“Yenidən bölüşdürülmüş şəxsi heyətin dəqiq statusu bəlli deyil, lakin çox güman ki, şəxslər Rusiya Müdafiə Nazirliyinin rəsmi qüvvələrinin bölmələrinə və ya digər özəl hərbi birliklərə birləşdiriliblər. Bəzi hesabatlarda "Vaqner"in keçmiş döyüşçülərinin Baxmut ətrafında cəmləşdiyini göstərən məlumatlar qeyd edilir: onların təcrübəsinə bu sektorda xüsusilə tələbat olacağı ehtimal edilir. Çoxları keçən qış eyni ərazidə döyüşmüş hazırkı cəbhə xəttini bildikləri və yerli Ukrayna taktikası ilə tanış olduqları üçün Rusiya Müdafiə Nazirliyinin və ya özəl hərbi şirkətlərin onlardan yararlanacağını qeyd edirlər”, - deyə rəydə qeyd edilir.

Eyni zamanda, Britaniya kəşfiyyatı bildirir ki, "Vaqner" özəl hərbi şirkəti 2023-cü il iyunun əvvəlində qədər Ukrayna ərazisindəki hərbi əməliyyatlardan geri çəkilib. Yəni iyunun 24-də uğursuz üsyan və ardınca qrup liderlərinin avqustun 23-də təyyarə qəzasında həlak olan müddətdə "Vaqner" döyüş bölgəsindən kənarda olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »