Azərbaycanın Qarabağ bölgəsindəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektlərə baxış keçirilib.
Baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşkar edilib.
Qeyd edək ki, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ bölgəsində bir neçə mülki təyinatlı obyektlərin uzun müddət hərbi məqsədlər üçün istifadə edilməsi müəyyən edilmişdir.