Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC Xarici İşlər Nazirliyi Qənirə Paşayevanın vəfatından kədərləndiklərini bildirib
ŞKTC Xarici İşlər Nazirliyi Qənirə Paşayevanın vəfatından kədərləndiklərini bildirib

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Xarici İşlər Nazirliyi Azərbaycan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Bizimyol.info xəbər verir ki, ŞKTC Xarici İşlər Nazirliyinin məktubunda deyilir:

"ŞKTC ilə Azərbaycan arasında əlaqələrin inkişafına hər zaman dəstək olan və dəfələrlə ölkəmizə səfər edən dost ölkə Azərbaycanın  dəyərli millət vəkili Qənirə xanım Paşayevanın vəfatını böyük kədərlə öyrəndik.

Allah mərhuma rəhmət eləsin, ailəsinə və qardaş Azərbaycan dövlətinə və xalqına səbr diləyirik".

Son xəbərlər
Bütün xəbərlər »