Erməniləraldadılaraq gətirildiklər Qarabağda onlara vəd edilən həyat təmin edilmədiyindən Ermənistana geri donürlər. Onların geri dönüşü münaqişədən əvvəl Qarabağ ərazisində yaşayan ailələrində buranı tərk etməsi təşvişinə səbəb olub. Azərbaycan ərazisində yaşamış erməni əsilli mülki şəxslər də heç bir səbəb olmadan Ermənistan ərazisinə köçməyə üstünlük verirlər.
Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, dünən saat 12:00-a olan məlumata görə, Azərbaycan ərazisindən 68 min 386 nəfər Qarabağ əhalisi Ermənistana köçüb ki, bu da Qarabağda yaşayan erməni əsilli əhalinin çoxunu hissəsini təşkil edir.
Ermənistan mətbuatı: "Qarabağın ermənilər tərəfindən tamamilə boşalmayacağına ümid sönmək üzrədir",- deyə yazıb.
Dünən Nikol Paşinyan bəyan etdi ki, bir neçə gündən sonra Qarabağda erməni qalmayacaq. "Rusiya sülhməramlılarının öz resurslarını ikiqat artıracaqları və Qarabağda qalanların təhlükəsizliyini təmin edəcəkləri vədləri, əvvəlki vədləri kimi, üfürülmüş köpükdür, başqa bir şey deyil. Qarabağdan bizə məlumat verilir ki, əgər fors-major qərarlar qəbul edilməzsə, bölgədən bütün ermənilərin köçməsi prosesi 6-7 gün çəkəcək", - deyə baş nazir qeyd edib.
Bu arada, bir neçə gün əvvəl rusların öz missiyalarını davam etdirmək üçün erməniləri Qarabağda qalmağa razı saldıqları barədə məlumatlar yayılıb. Qeyd edilir ki, onlar hətta söz vermişdilər ki, Qarabağ icmasının qabağlı lideri Vitali Balasanyan olacaq. Erməni mətbuatı yazır ki, bəzi məlumatlara görə, Ruben Vardanyandan sonra daha çox adam həbs edilib, onlar haqqında dəqiq məlumat yoxdur.
Ermənistanlı bloggerlər Qarabağdan köçənlərlə yerli - ermənistanlılar arasında artıq "xoş olmyan" münasibətlər özünü göstərir. "Onlar gəlmələrin özləri ilə sosial, iqtisadi və s. bəlalar gətirdiklərini düşünürlər", - deyə açıqlamalarda qeyd edilir.
Qadir, Bizimyol.info
P.S: Azərbaycan hüquq-mühafizə orqanları saxladıqları, dövlət sirri hesab edilməyən, hər bir cinayətkar şəxs və ya şəxslər barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verir. İtkin düşmüş erməniləri təkcə Azərbaycan türmələrində aramaq ən azı qeyri-peşəkarlıqdır. Müharibə və anti-terror tədbiri keçirilmiş bölgədə insanlar müxtəlif səbəblərdən itkin düşə bilərlər.