Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalinin banklardakı əmanətləri azalır, depozit haqqında düşünəcək qədər yetərli pulu yoxdur...
Əhalinin banklardakı əmanətləri azalır, depozit haqqında düşünəcək qədər yetərli pulu yoxdur...

Statistika göstərir ki, bankların gəlirləri zamanla artır. Müxtəlif kredit istiqamətləri maliyyə qurumlarına dayanmadan fayda verir. Əhali inanılmaz faizlər ödəmək məcburiyyətində qalıb. Təsəvvür edin, il ərzində ödənilən faizlərin məbləği 2 milyard manat civarında olur. Əhali müflisləşir, banklar isə fürsətdən məharətlə istifadə edir.

Bizimyol.info xəbər verir ki, əhalinin banklardakı əmanətləri azalır. Təkcə avqustda 125 milyon manatdan çox azalma qeydə alınıb. Xüsusilə dollar əmanətləri istiqamətində dəyişiklik nəzərə çarpır. İndi keçən ilin uyğun dövrü ilə müqayisədə banklarda təxminən 40 milyon ABŞ dolları daha az vəsait var. Belə görünür ki, əhali pulunu bu valyuta ilə bankda saxlamağa ehtiyat edir. Avqustda milli valyutada əmanətlərin həcmi 57,2 milyon manat azalıb. Yenə fərqli tendensiya müşahidə edilmir. Əhali banklara çox da güvənmir.

Azərbaycan Mərkəzi Bankı (AMB) iddia edir ki, yalnız yayda azalma qeydə alınıb, ümumilikdə isə artım var. Amma digər yandan statistika AMB-ni haqlı çıxarmır. 2023-cü il avqustun 31-nə banklarda əmanət və depozitlərin həcmi 34 milyard 325,1 milyon manat olub. Bu isə 2022-ci ilin sonuna olan göstəricidən 5,3 faiz azdır.

Bank müştərilərinin sayının artdığı fəxrlə qeyd edilir. Bu heç də banklara güvən anlamına gəlmir. Əhalinin maliyyə qurumlarına, dolayısı ilə pula ehtiyacı artıb. İstehlak kreditlərinin statistikasına nəzər yetirmək kifayətdir. İnsanlar adi məişət problemlərini də bu kredt vasitəsilə həll etməyə çalışırlar. Çünki sosial durum çox ağırlaşıb. Banklardakı əmanətin həcminin azalmasında bu amilin də az rolu yoxdur.

Əhalinin depozit haqqında düşünəcək qədər pulu çox deyil. Getdikcə əlavə vəsaitin həcmi azalır. İnflyasiyanın sürətlə artması, real gəlirlərin azalması istənilən halda özünü göstərməliydi. AMB-nin ictimaiyyəti arxayın etməsinə fikir verməyin. Bu gedişlə banklarda əmanətlərin həcmi zamanla daha da azalacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »