Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Beynəlxalq arenanın ədalətsiz, ikili standartlı olduğunu düşünürük, ona görə də diqqətli davranırıq"
"Beynəlxalq arenanın ədalətsiz, ikili standartlı olduğunu düşünürük, ona görə də diqqətli davranırıq"

Humanistlik hər zaman insanın başına bəla olur. Çalışırsan ki, altdan alasan, qarşında olan səviyyəsiz birinin səviyyəsinə enməyəsən, sənə zərər verənə zərər vermədən uzaqlaşdırasan. Vay o günə ki, qarşındakı həyasız ola, elə mənfur düşmənimiz kimi… Sənin sakitliyindən istifadə edə, sənə böhtan ata, əzməyə çalışa…

Biz humanist xalqıq… 30 il başımıza gətirilənləri, əzilmişliyi, şəhidliyi, qətliamları görə-görə, bizə bunu yaşadanları sakit-səssiz buraxırıq, gedir… Bizə düşmən deyənlərə, oğullarımızı qanına qəltan edənlərə çörək veririk, yaralarını sarıyırıq…  Həddən artıq humanistik, həddən artıq…. Bəlkə də elə bunun nəticəsidir, başımıza gələnlər… Bircə onu bilirəm ki, şəhidlərimizin qanı ilə yoğrulan torpaqlarda erməni nəfəsi gəlməməlidir…

Bəs bizim bu humanistliyimiz başımıza bəla ola bilərmi?

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Azərbaycan beynəlxalq hüquqa, insani dəyərlərə uyğun şəkildə davranır. Onun fikrincə, bu gün ikili standartların olduğu bir cəmiyyətdə belə davranmaq daha faydalıdır.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

“Yəni normal davranmaq… Əslində humanist davranmırıq, normal davranırıq. Gələcəkdə yeni problemlərin çıxmaması üçün bu cür davranmaq lazımdır. Həm də bu, insan olmanın, dövlət olmanın, normal cəmiyyət olmanın bir ehtiyacıdır. Ümumiyyətlə, Azərbaycan dövlət olaraq da, cəmiyyət olaraq da, fərd olaraq da ümumi mənada baxanda insani keyfiyyətləri yaxşı olan bir cəmiyyətdir. Yəni, biz yıxılanı vurmarıq… Mülki əhali ilə, əsirlərlə davranışlarımızda da biz bunu sübut etmişik. Son lokal antiterror tədbirinin də demək olar ki, mülki əhaliyə heç bir zərəri olmadı. Əsas müharibəni silahlı separatçılarla aparırıq”- deyə şərhçi qeyd edib.

Nazim Cəfərsoy qeyd edib ki, humanist olmağımızın digəri səbəbi beynəlxalq siyasi arena ilə bağlıdır.

“Dünyada beynəlxalq adı ədalətli deyil, ikili standartlar çoxdur və biz bunu ən çox Qarabağ məsələsində görmüşük. Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən ölkələr bir mənalı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmirlər. Rusiyanın Ukraynanı işğalı səbəbilə sanksiya tətbiq edən ölkələr Ermənistanın 30 illik işğalı prosesində Ermənistana bir sanksiya belə tətbiq etməyiblər. Tam əksinə, Azərbaycana sanksiyalar tətbiq ediblər. Biz beynəlxalq arenanın ədalətsiz, ikili standartlı olduğunu düşünürük, ona görə də diqqətli davranırıq”-deyə Nazim Cəfərsoy əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »