Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini müzakirə edib
Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini müzakirə edib

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA xəbər verir ki, nazirlər - Ceyhun Bayramov və Sergey Lavrov Qarabağdakı vəziyyət, o cümlədən humanitar yardımın göstərilməsi, yerli erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bakı və İrəvan arasında sülh müqaviləsinin işlənilib-hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsi yolları nəzərdən keçirilib.

Həmçinin ikitərəfli və regional gündəmdə olan bir sıra mövzulara da toxunulub.

Müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılıq əldə olunub.

Son xəbərlər
Bütün xəbərlər »