Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: "Zelenskinin faşistləri təqdir etməsi Kiyevin nasist ideologiyasını təsdiqləyir"
Peskov: "Zelenskinin faşistləri təqdir etməsi Kiyevin nasist ideologiyasını təsdiqləyir"

"Ukrayna prezidenti Vladimir Zelenskinin Kanada parlamentində "SS" diviziyasından olan faşisti təqdir etməsi Kiyev rejiminin nasist ideologiyasını bir daha təsdiqləyir".

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Kiyev rejiminin nasist ideologiyasına aludəçiliyi yeni deyil, bu, uzun müddətdir ki, mübahisə edilməyəcək bir həqiqətdir. Zelenskinin də durub aşkar şəraitdə faşisti alqışlaması bunu bir daha təsdiqləyir”, - deyə Kreml nümayəndəsi jurnalistlərə bildirib. “Əlbəttə, faşizmə qarşı mübarizə aparan ukraynalı veteranların, o cümlədən Zelenskinin babasının xatirəsinə rəğbət bəsləmək olar”, - Peskov qeyd edib.

"Moskva hesab edir ki, Ottava "Qalisiya" SS diviziyasının nasisti Yaroslav Hunkanı məsuliyyətə cəlb edilməli və ya bunu etmək istəyənlərə təhvil verilməlidir", - deyə Peskov bildirib.

Onun sözlərinə görə, Kreml artıq Hunkanın qanun çərçivəsində mühakimə olunması məsələsini qaldırmağa hazırlaşan Polşa nümayəndələrinin bəyanatlarını dinləyib: “Belə cinayətlər üçün iddia müddəti ola bilməyəcəyi faktı göz qabağındadır”, - Peskov vurğulayıb.

“Biz inanırıq ki, Kanada səlahiyyətliləri bu cinayəti məsuliyyətə cəlb etmək və ya onu məsuliyyətə cəlb etmək niyyətində olanlara təhvil vermək öhdəliyi daşıyır. Burada məhkəməyə belə yer yoxdur”, - deyə Peskov bildirib.

Peskov əlavə edib ki, Moskva Kanada parlamentinin Yaroslav Hunkanı alqışlamasına beynəlxalq reaksiyanı eşitmək istəyir. Kanada Parlamentinin İcmalar Palatasının sədri Entoni Rotanın istefasının zəruriliyi ilə bağlı sualı cavablandıran Kreml nümayəndəsi qeyd edib: “Məsuliyyəti öz üzərinə götürdüyü aydındır, amma faşisti ayaq üstə alqışlayan parlamenti nə etsin?

Bizə beynəlxalq reaksiya lazımdır, əlbəttə ki, bu məsələdə susmaqdansa, eşitməyi üstün tuturuq”, - Peskov qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »