Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Həm Qərb, həm Rusiya formatında görüşlər yalnız bölgədə sülhün əldə olunmasına xidmət etməlidir"
“Həm Qərb, həm Rusiya formatında görüşlər yalnız bölgədə sülhün əldə olunmasına xidmət etməlidir"

"Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi yalnız Azərbaycanda, Ermənistanda deyil, həm də bölgədə siyasi arxitekturanı dəyişdi. Artıq mənzərə sırf Azərbaycanın tələb və təklifi əsasında formalaşdırılır. Bu yaxınlarda Ali Baş Komandanın əmri ilə ildırım sürətli lokal antiterror tədbirləri, artıq Azərbaycanın suverenliyinin tamamilə bərpa olunması, Qarabağın bütün ərazisində Azərbaycan bayrağının dalğalanması bir daha həm ölkəmizin gücünü, qüdrətini, ali baş komandanın qətiyyətini və xalqın birliyini özündə əks etdirdi. Artıq yeni səhifələr açılır və düşünürük ki, Ermənistanla Azərbaycan arasında artıq sülh müqaviləsinin imzalanmasının zamanıdır".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Onun fikrincə, təbii ki, bu məsələnin əldə olunması üçün Azərbaycan çox gərgin əmək sərf edir. Təcili təxirə salınmaz formada sərhədlərin delimitasiya və demarkasiya olunmasına başlanmalıdır. Qarabağdan silahlılar tək silah olunmalı, ora tamamilə silahsızlaşdırılmalıdır. Zəngəzur dəhlizinin açılması da təmin edilməlidir. Artıq bundan sonra iki ölkə arasında sülh müqaviləsi imzalanacaq və artıq bölgəyə uzun müddətli sülh gələcək.

Vüqar İskəndərov Vüqar İskəndərov

“Sülh gündəliyini formalaşması üçün Avropa İttifaqının da səylərini görmüşük. Qərb olaraq Vaşinqtonda da görüşlər keçirilib. Rusiya formatında da bir çox görüşlər var. Azərbaycan tərəfi hər hansı bir görüşün keçirilməsinə həmişə müsbət yanaşıb və bu səyləri dəyərləndirib. Bölgədə daimi sülhün gəlməsini kim arzulayıbsa, Azərbaycan tərəfi onunla işləyib və rəsmi Bakı bütün bu məsələlərə pozitiv yanaşıb”-deyən deputat vurğulayıb ki, son zamanlar Avropa ittifaqının Azərbaycanın suverenliyinə təhdid məsələlərində neytral mövqeyi sərgiləməsi, hətta Avropa İttifaqının rəsmilərindən separatçılara dəstəkləyən bəyanatlarının verilməsi, Azərbaycan-Avropa İttifaqı arasında olan yaxşı münasibətlərə kölgə salmağa başlayıb. Lakin eyni vaxtda Avropa İttifaqının prezidenti Şarl Mişel tərəfindən və tez-tez hər iki ölkə arasında münasibətlərin normallaşması, bölgədə sülhün əldə olunması üçün bütün səylərin Avropa İttifaqı tərəfinin dəstəkləndiyi qeyd edilir. Bu da təbii ki, təqdirə layiq haldır. Çünki artıq dünya anlayır ki, Azərbaycan öz fəaliyyətində qətidir və onun ərazisində böyük dövlətlərin oyunlar qurması mümkün olmayacaq. Bütün bu oyunlara hətta cəhdin qarşısı rəsmi Bakı tərəfindən qısa vaxt ərzində alınır.

“Həm Qərb, həm Rusiya formatında görüşlər yalnız bölgədə davamlı sülhün əldə olunmasına xidmət etməlidir. Bu sahədə hansı tərəf səmimi olsa, rəsmi Bakı onunla da işləyir və işləyəcək”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »