Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa İttifaqı real faktlar qarşısında geri çəkilib və Azərbaycanın haqlı mövqeyini etiraf edib"
"Avropa İttifaqı real faktlar qarşısında geri çəkilib və Azərbaycanın haqlı mövqeyini etiraf edib"

“Avropa İttifaqının açıqlaması Azərbaycanın haqlı mövqelərinin qalib gəldiyinin göstəricisidir. Avropa İttifaqı da reallıqları qəbul etmək məcburiyyətindədir. Çünki Avropa ittifaqı yaxşı bilirik ki, Azərbaycana münasibətdə erməniləri dəstəkləməklə, dəfələrlə qərəzli mövqe sərgiləyib və buna cəhdlər edib. Elə bu günlərdə Azərbaycan öz ərazisində lokal antiterror tədbiri keçirən zaman da Avropa İttifaqı baş verənləri qərəzli şəkildə təhrif edərək, mövqe bildirmişdi. Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Cozef Borell reallıqları tamam fərqli təqdim etməyə çalışmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan ictimaiyyəti buna sərt reaksiyasını nümayiş etdirmişdi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Mirbəşir danışıb. Deputat qeyd edib ki, Azərbaycan öz ərazilərində təhlükəsizliyinə mövcud təhdidləri aradan qaldırmaq, bütün ərazisi boyunca suverenliyini etibarlı şəkildə təmin etmək məqsədi ilə lokal antiterror tədbiri həyata keçirib. Bu zaman dinc əhaliyə münasibətdə beynəlxalq hüquq və konversiyaların normalarına tam uyğun davranıb. Olduqca yüksək humanizim nümunəsi təqdim edilib. Erməni əhaliyə istəklərinə uyğun olaraq, yardımlar həyata keçirilib.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu

“Artıq bütün bunları danmaq qeyri-mümkün idi. Bu halda Avropa İttifaqı faktlar qarşısında geri çəkilərək bildirib ki, əməliyatları Azərbaycan öz ərazilərində həyata keçirib və bu əməliyatların məqsədi də qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsindən ibarət olub. Eyni zamanda da Avropa İttifaqı başqa bir həqiqəti də etiraf edir ki, Azərbaycan ərazilərində yaşayan erməni əhalisinə münasibətdə olduqca humanist davranıb. Onlara lazım olan bütün dəstəyi nümayiş etdirib. Azərbaycan ərazilərini tərk etmək istəyən ermənilər üçün təhlükəsiz şərait yaradıb. Təbii ki, bütün bunlar dünya ictimaiyyətinin gözü önündə baş verir”-deyən deputat hesab edir ki, Avropa İttifaqı əvvəlcə bütün bunları görməzlikdən gəlir, ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılmasına çalışırdı. Çalışırdı ki, bundan təzyiq aləti kimi istifadə etsin. Lakin enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olan Azərbaycanın haqlı mövqelərini və Azərbaycanın insani davranışlarını görmək və etiraf etmək məcburiyyətində qaldı.

Deputatın fikrincə, bu da bizim növbəti olduqca mühüm siyasi diplomatik qələbələrimizdən biri oldu.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »