Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makkarti büdcəyə Kiyev üçün 6 milyard dolların daxil edilməsinə qarşı çıxıb
Makkarti büdcəyə Kiyev üçün 6 milyard dolların daxil edilməsinə qarşı çıxıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (Kaliforniyadan olan respublikaçı) federal hökumətin maliyyələşdirilmənin genişləndirilməsi təşəbbüsü ilə Ukraynaya təxminən 6 milyard dollar yardımın daxil edilməsinə qarş çıxıb.

Bizimyol.info xəbər verir ki, günün əvvəlində ABŞ Senatındakı Demokratlar və Respublikaçılar federal hökumətin maliyyələşdirməsini noyabrın 17-dək uzatmaq üçün qanunvericilik təşəbbüsü ilə bağlı razılığa gəliblər ki, bu da Ukraynaya təxminən 6 milyard dollar yardım göstərəcək.

ABŞ-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 6 milyard dollara yaxın vəsait ayrılması təklif edilir. Sənəddə qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün ABŞ-Meksika sərhədində nəzarətin gücləndirilməsi tədbirləri yer almayıb. Respublikaçılar ölkənin buna ehtiyacı olduğunu bildiriblər.

“Əgər onlar cənub sərhədindən çox Ukraynaya diqqət yetirmək istəyirlərsə, düşünürəm ki, onların prioritetləri əksinədir”, - Makkarti çərşənbə axşamı mətbuat konfransında senatorların təklifi haqqında danışarkən deyib. Kiyevə yardım üçün vəsaitin ayrılması təşəbbüsünə müddəanın daxil edilməsini düzgün hesab edib-etmədiyini soruşduqda konqresmen belə cavab verib: “Bəli, yanlışdır”.

Nümayəndələr Palatasının sədri bildirib ki, o, əvvəllər müxtəlif təbii fəlakətlər və və bağaqa hadisələr nəticəsində ciddi ziyan dəymiş bəzi Amerika ştatlarında olub. O qeyd edib ki, bu ştatların sakinlərinin köməyə ehtiyacı var. “Düdcə sənədində görünür ki, Hakimiyyət Ukraynanı amerikalılardan üstün tutur”, - deyə o, respublikaçı senatorların təklifi barədə danışarkən vurğulayıb.

"Niyə biz burada sərhəd və fövqəladə vəziyyətlərlə məşğul ola bilmirik?", - deyə Makkarti əlavə edib. Kiyevə yardım üçün vəsaitin ayrılmasından danışarkən o qeyd edib: "Niyə bu, sərhəddə baş verənlərdən daha prioritet məsələdir?"

Avqustun 10-da Vaşinqton administrasiyası Konqresdən müzakirəsi sentyabrın 30-da başa çatacaq 2023-cü maliyyə ilində federal büdcədən Kiyevə təcili hərbi yardım üçün 13 milyard dollar, Ukraynaya və iqtisadiyyat və təhlükəsizlik sahəsində digər ölkələrə yardım üçün 8,5 milyard dollar tələb edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »