İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında 100 nəfərin həyatını itirdiyi, xəsarət alanların sayının 500-ə yüksəldiyi bildirilib.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mərbuatı rəsmilərə istinadən məlumat yayıb.
Mosul Səhiyyə İdarəsinin müdir müavini Əhməd Həmdani yerli mətbuata verdiyi açıqlamada Mosulun Həmdaniyyə rayonundakı şadlıq sarayında baş verən yanğında 100 nəfərin öldüyünü, 500 nəfərin isə yaralandığı barədə məlumatı təsdiq edib.
Mətbuata açıqlama verən rəsmi şəxs hadisəyə atəşfəşanlığın səbəb olduğunun güman edildiyini bildiri. O qeyd edib ki, yanğın zamanı şadlıq sarayında 800 nəfərin olduğu barədə məlum olub.
İraqın "İNA" xəbər agentliyi daha əvvəl Mosul Səhiyyə İdarəsindəki mənbəyə əsaslanaraq bildirmişdi ki, ilkin məlumatlara görə, yanğında 100 nəfər ölüb, 150 nəfər yaralanıb. Ətraf əyalətlərdən yanğın bölgəsinə çoxlu sayda yanğınsöndürmə briqadası və təcili yardım maşınları göndərilib. Ölkənin daxili işlər naziri Əbdüləmir Şammarinin də bölgəyə gedəcəyini açıqlanıb.
Bəylə gəlinin rəqs edərkən baş verən yanğının görüntüləri sosial mediada da əksini tapıb. Görüntülərdə insanların panika içində sağa-sola qaçdığı əks olunub.
Qadir, Bizimyol.info